Oğulları İŞİD-ə qoşulan atalar danışdı

23-07-2014, 11:55   
“Onsuz yaşaya bilmirik”.

Son bir neçə həftə ərzində Suriyanın şimalında oğullarının axtarışı ilə məşğul olmuş 2 belçikalı ata evə əliboş qayıdıblar.

Oxu.Az xəbər verir ki, BBC-dən Duncan Crawford həmin atalarla onlar Belçikaya dönməzdən əvvəl Türkiyənin Qaziantep şəhərində danışıb.

İdriss Boutalliss gözləri dolmuş halda deyir:

“Mən oğlumu görmək istəyirəm. Lakin bu çox çətindir. O, İŞİD sıralarındadır”.

Belçikanın Kortrijk şəhərindən olan ata 19 yaşlı oğlu Abdelmaleki Suriyanın şimalında 10 gün axtarıb.

Atanın məqsədi şəkər xəstəliyindən əziyyət çəkən oğlunu tapıb onu cihadçı qrupu tərk edərək evə qayıtmağa dilə tutmaq olub.

“Mən Raqqa şəhərinə baş çəkdim, İŞİD əmirlərilə görüşdüm”, İdriss Boutalliss deyir.

Boutalliss və daha bir Belçikalı ata - Pol Van Hessche Suriyaya oğullarını axtarıb tapmaq məqəsdilə gəliblər.

Pol Van Hessche-nin 18 yaşlı oğlu Lucas Abdelmaleklə dostdular.

“Suriyanın Raqqa şəhərində bizə Suluk şəhərinə getməyi məsləhət gördülər və nəhayət bir əmir bizə oğullarımızı görməyə icazə verdi”, Boutalliss deyir.

Onun sözlərinə görə, yaxın dost olan bu 2 yeniyetmə Avropadan və digər ölkələrdən gəlmiş gənclərə İŞİD düşərgələrində Şəriət dərsləri oxunur.

Abdelmalek və Lucas-a ataları ilə görüşüb danışmağa icazə verildi, lakin hər ikisi İŞİD-i tərk etməkdən imtina etdi.

“Oğum qayıtmaq istəmir. Deyir ki, Belçikaya dönsə polis onu dərhal həbs edəcək”, İdriss Boutalliss deyir.

“Dərmana ehtiyacı var”.

Ata şəkərdən əziyyət çəkən oğluna insulin dərmanını çatdırıb, lakin onun vəziyyətinin pisləşə biləcəyindən narahatdır.

“İnsulinsiz o yaşaya biməz, çətin ki, bu dərman Suriyada tapılsın”, ata deyir.

Oğulları ilə görüşdükdən sonra digər belçikalı ata Pol Van Hessche Türkiyyəyə qayıdıb, İdriss Boutalliss isə daha bir neçə gün Suriyada qalıb kı, bəlkə oğlunu dilə tutub evə qayıtmağa inandıra bildi.

Lakin onun bütün cəhdləri nəticəsiz qaldı və cənab Boutalliss-də Türkiyəyə döndü.

İŞİD İraqın şimalında Mosul şəhərini ələ keçirəndən sonra minlərlə insan evlərini tərk edib.

“Mənə, onun anası, qardaş və bacıları üçün buna dözmək çox çətindir, onsuz yaşaya bilmirik”, gözləri dolmuş halda ata danışır.

İdriss Boutalliss və Pol van Hessche Türkiyəni artıq tərk ediblər.

Onların Suriyaya səfərinin təşkilində keçmiş Belçikalı əsgər, keçən il öz oğlunu Suriyadan çıxarıb xilas edə bilmiş, Dimitri Bontinck iştirak edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.