Amerika Xərçəng Cəmiyyəti saç boyalarının tərkibindəki kimyəvi maddələrin xərçəng xəstəliyinin meydana gəlməsinə birbaşa səbəb olduğunu açıqlayıb
Los Anceles Üniversitesinnin doktoru Gaqo Dominguez apardığı araşdırmalarda saç boyaları ilə dəri, sidik kisəsi, yumurtalıq, qan xərçəngi, linfa, süd vəzi və beyin xərçəngi arasındakı bağlılıq olduğunu üzə çıxarıb.
Alim 514 min nümunə üzərində apardığı araşdırmada maraqlı nəticələr əldə edib. Boyaların içərisində olan aromatik amin və fenol adlı kimyəvi maddələr bir süngər kimi olan saç dərisindən keçərək dəri içində xərçəng təsirinə sahib N-nitrozaminlərə çevrilir. Bu mürəkkəblər xərçəngin meydana gəlməsinə şərait yaradaraq, ilk növbədə qaraciyəri hədəf alır.
Alimin "International Journal of Cancer" jurnalında yayımlanan məqaləsində saçlarını ildə 12 dəfədən çox boyayan xanımların, heç boyamayanlarla müqayisədə sidik kisəsi xərçənginə tutulma riskinin ikiqat artıq olduğunu vurğulanıb.
O, 15 il ərzində mütəmadi şəkildə, xüsusən tünd rənglərlə boyayan xanımlarda xərçəngə tutulma riskinin heç boyamayanlarla müqayisədə üç dəfə artıq olduğu nəticəsinə gəlib.
Hətta araşdırmada xanımların saçlarını rəngləyən gözəllik ustalarının da xərçəngə tutulma ehtimalının rənglənmə prosesini etməyənlərlə müqayisədə iki dəfə çox risk daşıdığını ortaya çıxarıb.
Nəticə olaraq araşdırmada Los Anceles şəhərində hər yüz xərçəng xəstəsinin 19-nun bu bəlaya düçar olmasının saçlarını rəngləməsi ilə əlaqəli olması barədə qərar verilib.