Bu səhər Şərurda qeydə alınan yeraltı təkanlar hiss edilib
Naxçıvan Muxtar Respublikasında zəlzələ baş verib. ANS PRESS-in məlumatına görə, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Verilən məlumata görə, zəlzələ saat 05:17-da Naxçıvandan 19 km şimal-qərbdə, Şərurda qeydə alınıb.
Zəlzələnin dərinliyi 13 km, maqnitudası 3 olub.
Yeraltı təkan əhali tərəfindən də hiss olunub.
Hadisə nəticəsində dağıntı və təlafat olmayıb.