Şeyxin qızının dəbdəbəli villası üzə çıxdı - foto

23-06-2020, 17:44   
 


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin qızının Nərimanov rayonunda 5000 kv.metrlik villası üzə çıxıb. ANAXEBER.info bildirir ki, bu barədə jurnalist Həbib Müntəzir məlumat yayıb."Sizə daha bir dövlət əhəmiyyətli strateji obyekt barədə danışmaq istəyirəm. Bura Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qızı Kafiyə xanımın adına olan iqamətgahdır. Bir neçə il öncə akademik Ramiz Hacılı Nərimanov rayonu M. Nağıyev küçəsi 1-ci döngə ünvanında yerləşən torpaq sahəsinin Kafiyə Allahşükür qızı Paşazadə tərəfindən mənimsənilməsi və yerində villa tikilməsi ilə bağlı mətbuata şikayətlər yazıb amma heç bir xeyri olmayıb. Villanın ərazisi 5 min kv. metrdir. Həyətində gümbəzli külafirəngi (daş balkonu) da var. İndi sual olunur ki, Şeyx aylıq nə qədər qazanır ki, bu böyüklükdə villaya sahibidir? Yoxsa halal yolla əldə edib bunu?”, - deyə o bildirib.
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.