Leyla Yunus Bakı olimpiadasının boykotu hərəkatına başladı

24-07-2014, 16:14   
Leyla Yunus Bakı olimpiadasının boykotu hərəkatına başladıSülh və Demokratiya İnstitutu yanında Repressiyalara Müqavimət Mərkəzi 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarını boykot kampaniyasına başlayıb. Müvafiq müraciət Avropa Olimpiya Komitəsinə və bu komitənin Avropa İttifaqındakı ofisinə göndərilib.

“Turan”a açıqlama verən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus deyib ki, insan hüquqlarının və demokratik azadlıqların pozulduğu avtoritar Azərbaycanda olimpiya hərəkatının himayəsi altında oyunların keçirilməsi yolverilməzdir: “Müraciətdə Azərbaycanda fundamental insan hüquq və azadlıqlarının, yaşamaq hüququ, işgəncələrdən müdafiə, mülkiyyət, ədalətli məhkəmə hüququnun pozulduğu qeyd olunur, konkret nümunələr göstərilir. Bildirilir ki, Azərbaycanda 11 jurnalist və bloqçu, 5 hüquq müdafiəçisi, 11 gənc fəal, 2 müxalifət lideri həbsdədir. Azərbaycanda müstəqil məhkəmə sisteminin olmaması vətəndaşları ədalətli məhkəmə hüququndan məhrum edib və özgə fikirli hər kəs siyasi sifarişlə mühakimə oluna bilər”.

Leyla Yunus Avropa Oyunlarının Bakıda keçirilməsinə yenidən baxılmasına çağırır:

“Ölkəmizin azad düşüncəli və ədalətli vətəndaşları bütün dünyada Avropa Oyunlarının avtoritar, qanla və göz yaşı ilə bulanmış Azərbaycanda keçirilməsinə etiraz aksiyasına başlayır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.