Rusiyalı bloger Sergey Yevstifeyev Ermənistanın Qafan şəhərinə səfəri zamanı söhbət etdiyi 70 yaşlı kilsə xidmətçisi Ermənistan ordusu barədə ifşaedici fikirlər söyləyib.
ANS PRESS-in məlumatına görə, blogerin “Youtube”a yerləşdirdiyi videoda yer almış Edik adlı erməni keşiş 1963-1966-jı illərdə Rusiyanın Sankt-Peterburq şəhərində əsgəri xidmətdə olduğunu söyləyib. Onun sözlərinə görə, hazırdakı Ermənistan ordusu nizam-intizama görə sovet ordusundan çox geri qalır.
“Onda dövlət var idi, indi hər şey batıb. Orduda hər şeyə görə pul tələb edirlər. Əgər pul verməsən, baxmırlar. Sovet dövründə iş vardı, pul vardı. Ona ət də yeyirdik, kolbasa da yeyirdik. Hamı qaçıb. Müharibədən, işsizlikdən qaçıblar. Leninqarda, Moskvaya, bütün Rusiyaya səpələniblər. Mən əlilləm, mənə 305 rubl (9 dollar) verirlər, buna yaşamaq olar?”,- deyə yaşlı keşiş vurğulayıb.