İŞİD Mosula zərbəni İstanbuldan vurub

24-07-2014, 19:53   
Suriya və İraqı qana gölünə çevirən terror təşkilatı İŞİD-in Mosul işğalından öncə İstanbulda toplaşdığı ortaya çıxıb.
Axar.az xəbər verir ki, toplantının 28 fevral - 2 mart tarixləri arası baş tutduğu bildirilir. Gizli yığıncağa KDP-dən (Kürdüstan Demokrat Partiyası) də bir nümayəndənin qatıldığı məlum olub.
Türkiyənin “Aydınlıq” qəzetinin verdiyi xəbərə görə, İŞİD-ə dəstək verən qruplar bu tarixlərdə xüsusi xidmət orqanlarının müşayiəti ilə İstanbulda yerləşən bir oteldə gizlicə bir araya gələrək planlaşdırma aparıb. Qəzetin yazdığına görə, eyni qruplar, İstanbul görüşünün ardınca 1 iyun tarixində İordaniyanın paytaxtı Əmmanda görüşərək “düyməni basıblar”. Bir həftə sonra isə İŞİD Mosula girib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.