Təhsil Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 saylı məktəb-liseyin söküntüsünə başlanıb. Hazırda məktəbin ətrafı hasarlanıb və içəridəki əşyaların çıxarılmasına start verilib.
Həmçinin məktəbə söküntü işlərinin həyata keçirilməsi üçün əlavə texnikalar da gətirilib.
Söküntü işləri ilə maraqlanmaq üçün məktəbdə olduq. İşçilər söküntü porossesinə artıq bir neçə gün öncə başladıqlarını bildiriblər.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən açıqlamada həmin məktəbdə təhsil alan şagirdlərin aqibətinə də aydınlıq gətirilib: "Orada təhsil alan şagirdlər müvəqqəti olaraq başqa məktəblərə köçürülüəcəklər".
Həmçinin nazirlikdən bildiriblər ki, sökülən məktəbin yerində müasir standartlar uyğun olan yeni məktəb-lisey binası tikiləcək.