Bakıda şirkət rəhbəri ağır qəza törətdi: ölən var

25-07-2014, 13:35   
Hadisə Zuğulba prospektində baş verib

Bakı şəhərinin Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsində, Zuğulba prospektinin üzü şəhərə tərəf gələn hissəsində paytaxt sakini, 1978-ci il təvəllüdlü Bəxşi Rasim Rafiq oğlu idarə etdiyi «Wolksvagen Tuareg» markalı, 90 SU 575 nömrə nişanlı avtomobillə piyadanı vurub. Nəticədə piyada, 1991-ci il təvəllüdlü Budaqov Vüqar Heydər oğlu ağır bədən xəsartətləri alıb və təcili tibbi yardım çatmadan keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, piyadanı vuran avtomobilin sürücüsü Rasim Bəxşi tanınmış iş adamıdır. O, HP şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar