Putin zəhərlənməkdən qorxur

26-07-2014, 10:53   
Putin zəhərlənməkdən qorxurPrezidentlər üçün yeməklər necə hazırlanır?

Rusiya prezidenti Vladimir Putinin ştatında professional dequstator fəaliyyəti var. Bu barədə Ingiltərənin “The Independent” qəzeti məlumat yayıb. Xəbər Londonda fəaliyyət göstərən “Club des Chefs des Chefs”dən - dövlət başçıları və dünya liderləri üçün yeməklər hazırlayanlardan ibarət klubdan daxil olub.

Məlumatda bildirilir ki, ABŞ prezidenti Barak Obama qətiyyən çuğundur xoşlamır. Britaniya şahzadəsi Filipp isə nahar zamanı çaxırdansa pivəyə üstünlük verir.

Putin üçünsə yeməyi baş aşbaz yox, onun mühafizə xidmətinin əməkdaşlarından biri hazırlayıb, dadına baxır. Məqsəd isə yeməyin zəhərli olmadığına nəzarət etməkdir.

Corc Buşun prezidentliyi dövründə Məxfi Xidmətin əməkdaşı olmuş Jozef Petro deyir ki, ABŞ prezidentləri yalnız Ağ evin xidmətçilərinin hazırladığı yeməkləri yeyir. Yeməkləri də prezident üçün ofisiant formasında olan mühafizəçi gətirir: “Prezident xaricə səfərə gedəndə mühafizə xidməti əvvəlcədən menyunu müəyyənləşdirir və yemək hazırlamaq üçün lazım olan məhsullar Vaşinqtondan aparılır”.

Putinin də xarici səfərləri zamanı nəinki yemək, hətta duz-istiot və salfet də aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.