Azərbaycan söz azadlığına görə yenə sonuncu yerlərdə
13-07-2020, 10:19
Sərhədsiz Reportyorlar təşkilatı dünyada söz azadlığının vəziyyətinə dair növbəti illik hesabatını yayıb. 180 ölkəni əhatə edən hesabatda Azərbaycan 168-ci yerdədir. Ondan sonrakı yerlərdə Bəhreyn, Səudiyyə Ərəbistanı, Kuba, İran, Suriya, Türkmənistan və s. kimi ölkələr gəlir. Azərbaycandan öndə isə hətta Yəmən, Misir, Liviya, İraq, Somali, Tacikistan, Özbəkistan kimi ölkələr də var. Qonşularımızdan Gürcüstan 60, Ermənistan 61, Rusiya 149, Türkiyə 154-cü yerlərdədir.