Baş infeksionistdən XƏBƏRDARLIQ: Bu kütləviliyin acı nəticələrini görəcəyik

15-07-2020, 17:19   


Baş infeksionistdən XƏBƏRDARLIQ: Bu kütləviliyin acı nəticələrini görəcəyik
“Orduya dəstək yürüşlərində heç kəs karantin qaydalarını gözləmədi. Bu da yoluxma hallarının artmasına səbəb ola bilər. Yüzlərlə insan bir yerə toplaşdı və maska taxmadı. Hamısı yaxın məsafədə idi. Aralarında 1-2 nəfər virus daşıyıcı olsa, başqalarına keçirmə ehtimalı yüksəkdir”.
Bu sözləri Publika.az-a danışan baş infeksionist Cəlal İsayev deyib.
O qeyd edib ki, yas mərasimləri kütləvilik baxımından çox ağırdır və insanlar bu yerlərdə qaydaları gözləməlidirlər:
“İtkimiz ağırdır. Ordumuzun qəhrəman, yüksək çinli zabitləri şəhid olub. Ürək ağrısı ilə bu xəbərləri eşidirik. Amma yaxınları da, dəfndə iştirak edənlər də karantin dövrünü düzgün qiymətləndirməlidir. İnsanlar yenidən toplaşacaqlarsa, maska taxmayacaqlarsa bunun sonu ağır olacaq. Bir müddət sonra bu kütləviliyin acı nəticələrini görəcəyik və yaşayacağıq. Bütün bunlara yol verməmək üçün insanlarımız kütləvi aksiyalarda, ziyarətlərdə, dəfn mərasimlərində iştirakdan çəkinməlidir.
Böyük ehtimal ki, yoluxma dinamikasında artım müşahidə olunacaq. Bir tərəfdən ermənilərlə müharibə şəraitindəyik, digər tərəfdən isə COVID-19 pandemiyası ölkədə hökm sürür. Üçüncü bir tərəfdən isə yenidən toplaşma stabilliyin pozulması deməkdir. İnsanların toplaşıb qaydalara əməl etmədən nümayişlər keçirməsi ölkəni təhdid altında qoymaq deməkdir. Gəlin bu işə diqqətli yanaşaq və sabitliyimizi qoruyaq. Bizim iki düşmənimiz var. Onlara qarşı birlikdə mübarizə aparaq”.
Akqabay Mıradov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.