Rusiya prezidenti Vladimir Putin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərə görə Təhlükəsizlik Şurasının iclasını keçirib.Virtualaz.org xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu haqda bildirib. Onun sözlərinə görə, Vladimir Putin və Təhlükəsizlik Şurasının daimi üzvləri Azərbaycan və Ermənistan sərhədindəki situasiyanı müzakirə ediblər.
“Azərbaycan-Ermənistan sərhədindəki situasiya barədə ətraflı fikir mübadiləsi oldu. Davam etməkdə olan eskalasiya ilə bağlı olduqca ciddi narahatlıq ifadə olundu, tərəflərin atəşkəs rejimini təmin etməsi üçün israrlı tələbat yarandığı vurğulandı, habelə vasitəçilik hərəkətlərinə hazırlıq ifadə olundu”,-Peskov bildirib.
Virtualaz.org