“HADİSƏLƏR MOSKVANIN BÖYÜK TƏZYİQİ ALTINDA BAŞ VERİR” – Brayzadan sensasiyalı açıqlama

17-07-2020, 23:33   


ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyir ki, Azərbaycanla Ermənistan müharibəyə çox da yaxınlaşıb. Keçmiş səfir Türkiyənin Bodrum şəhərindən “TRT World” telekanalına “Skype” müsahibəsində bu haqda danışıb. 
“Vəziyyət gərgindir, ancaq heç bir tərəf irimiqyaslı münaqişə istəmir, çünki heç bir tərəf buna uzun müddət duruş gətirə bilməz. COVID-19 pandemiyası səbəbindən daxili siyasi durum sabit deyil, virus Ermənistana ağır zərbə vurub, Azərbaycanda ikinci dalğa başlanıb. Bundan başqa, məncə, vasitəçi tərəflər münaqişə tərəflərini danışıqlar masasına qaytarmaq üçün hər şey etmək istəyirlər”, – Brayza deyib.
Qeyd edək ki, hələlik, dünyanın heç bir ölkəsində koronavirusun ikinci dalğasının başlanmadığı, mövcud yoluxmaların hələ birinci dalğa olduğu bildirilir. Keçmiş səfir bir məqama diqqət çəkir. O deyir ki, sərhəd toqquşmaları başlanmazdan altı gün öncə Rusiya parlamentinin aşağı palatasının – Dövlət Dumasının çox nüfuzlu üzvü Konstantin Zatulin (o, MDB üzrə komitənin sədridir) qəribə bir xəbərdarlıq səsləndirib. “O deyib ki, Ermənistan Rusiyanın müttəfiqidir və hər hansı ölkə ona hücum edərsə, Rusiya hərbi güclə buna müdaxilə edəcək, Ermənistan daxilindəki hərbi bazasındakı qüvvələrindən istifadə edəcək. Yəni, bu hadisələrin arxasında Moskvada baş verən qəribə nələrsə dayanır”, – Brayza vurğulayıb.
Keçmiş səfir Ermənistanın Baş naziri Nikol Paşinyanın bir il öncə tamamilə fərqli danışdığını yada salır: “O deyirdi ki, tərəqqi əldə edə bilərlər, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə gərginliyi azaltmaqla bağlı tədbirləri razılaşdırıblar, əhalini sülhə hazırlamalıdırlar. Sonra o, 180 dərəcə dəyişdi və fikrimcə, bu, Moskvanın böyük təzyiqi altında baş verir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.