Bakı/27.07.20/Turan: Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycanda hər iki ölkənin quru qoşunları və Hərbi Hava Qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçiriləcək.
Təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və HHM vasitələri cəlb ediləcək.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, iyulun 29-dan avqustun 10-dək hərbi aviasiya vasitələrinin iştirakı ilə Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlaxda keçiriləcək. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında bildirilir.-02D-