Dünya Müsəlman Alimlər Birliyi bütün dünya xalqlarını çağırış edib. ANS PRESS-in məlumatına görə, Dünya Müsəlman Alimlər Birliyi təkcə islam ölkələrini deyil, eləcə də bütün dünya xalqlarını Qəzzaya dəstək olmağa çağırıb.
Birliyin sədri Yusif əl-Qaradavi və baş katibi Əli Qaradağinin imzasıyla təqdim edilən yazılı açıqlamada, Qəzza xalqına dəstək olmağın vacib bir vəzifə olduğu qeyd edilib. “İslam və Ərəb dünyasının içində olduğu bu çətin vəziyyətdə Qəzza xalqına dəstək olmaq üçün bütün müsəlmanları səfərbər olmağa çağırırıq” – deyə açıqlamada bildirilib. Həmçinin, açıqlamada İsrail ordusunun Qəzzadakı müsəlmanlara dəstək məqsədilə Qüds və Qərbi Şəriyədə nümayiş keçirənlərə qarşı güc tətbiq etmələri də kəskin şəkildə qınanılıb. Daha sonra isə bütün dünya ölkələrindən Qəzzadakı hücumların təcili olaraq dayandırılması üçün çağırışlar etmələri istənilib.