Sərt karantin davam etsin, etməsin?- ekspert rəyləri...
2-08-2020, 10:52
3 gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanların gündəlik sayı, bu virusa gündəlik yoluxanları üstələməkdədir. Belə olan halda, sərt karantin rejimin davam etdirilməsinə ehtiyac varmı? Rayonlara gediş-gəliş qadağası aradan qaldırıla bilərmi? Yumşalmalar əvvəl olduğu kimi yenidən yoluxmaların artımasına səbəb ola bilməzmi?
“Avqustun sonuna yəqin ki,...”
Doktor Zülfüqar Yusifov “Turan” informasiya agentliyinə deyib ki, yoluxma və sağalma ilə gündəlik elan edilən rəqəmlər təsadüf yox, tendensiyadır: “Hər halın bir yoxuşu olduğu kimi enişi də var, görünür indi pandmeiya eniş mərhələsinə başlayıb. Avqustun sonuna yəqin ki, daha aşağı nöqtələrinə gəlinəcək”.
Sərt karantin rejimi və digər yasaqların aradan qaldırılmasına gəlincə, Z. Yusifov bunu mümkün sayır və hesab edir ki, bunlar hər bir halda lazımdır: “Bu yumşalmalar pandmeiyadan kənar sağlamlığa neqativ təsir göstərən faktorları aradan qaldırmaq üçün lazmdır. İnsanlar yay fəslinin immunitetin güclənməsi üçün verdiyi təsirlərindən istifadə edə bilməlidirlər”.
Doktor hesab edir ki, bütün hallarda maska taxılmalı, sosial məsafə gözlənməli və gigiyena tələblərinə əməl olunmalıdır. Z.Yusifovun fikrincə, yumşalmalara gedilməsə və insanlar evə qapnaıb qalsalar, dövlət onlara sosial dəstək verməlidir: “Uzun müddətli evdə qalmaq...” “Amma tək ödəmələrlə iş bitmir, uzun müddətli evdə qalmaq insnaların psioloji vəziyyətinə mənfi təsir göstərir, əsas bunu aradan qaldırmaq lazımdır”. “Tələsmək olmaz” Ölkənin baş infeksionisti Cəlal İsayev isə hələ tələsməməyi məsləhət görüb: “Gündəlik yoluxma sayı son günlərdə 300-ə enib. Qarşıda hələ prosesləri izləmək üçün bir neçə gün var. Bu qalan müddət də, bu tendensiya davam edərsə, hesab edirəm ki, müəyyən yumşaldılmalara gediləcək. Amma bu ymşaldılmaların mahiyyəti nə olacaqsa, o barədə qərarı Opertiv Qərargah verəcək. Amma buna qədər, yəqin ki, rayonlarda olan situasiyalar da öyrəniləcək. Bundan sonra bu barədə qərar veriləcək”. O, hesab edir ki, bu məsələdə tələsmək olmaz: “ Çünki bir dəfə may ayında tələskənlik oldu, odur ki, belə səhvə bir daha yol vermək olmaz”.
“Bu virusla yanaşı yaşamağı öyrənməliyik” Doktor Vasif İsmayıl isə mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, bu rəqəmlər müəyyən yumşaldılmalara yol aça bilər. Onun deməsinə görə, yumşaldılmalara gedilməsi, o cümlədən rayonlara gediş-gəlişin açılması və başqa tədbirlər barədə bir qrup həkimin təkliflər paketi də mediada açıqlanıb: “Həmin təkliflər paketində rayonalara gediş-gəlişin açılması da əksini tapırdı. Eyni zamanda, insanlara karantin davranışlarına əməl olunmsı izah edilməlidir. Çünki bu virusun hələ nə qədər davam edəcəyi bəlli deyil. Odur ki, bu virusla yanaşı yaşamağı öyrənməliyik”. Xatırlatma COVİD-19 pandmeiyası ilə bağlı bu il martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib. Karantin avqustun 31-nə kimi umumilikdə uazadılıb. Gündəlik yoluxmada azalma olduğundan rejim aprelin 27-dən mərhələlərlə yumşaldılıb.Amma bu əks proses doğurduğundan iyunun 21-dən Bakı və ölkənin bir çox yerlərində karantin yenidən sərtləşdirilib.Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışanlardan başqaları küçəyə çıxarkən yenidən SMS-lə icazı almalı olurlar. Bu arada işsiz və karantində işini itirən təqribən 600 min ölkə vətəndaşına aprel və may aylarında 190 manat birdəfəlik yardım verildiyi açıqlandı. Sonrakı ayda da Bakı kimi karantinin sərtləşdirildiyi bəzi bölgələrdə bu yardımın verilməsi davam etdi.Hökumət pandemiyanın ölkə iqtisadiyyatına, biznes və məşğulluğa ziyanının ardan qaldırılması üçün 3,5 milyard manatlıq paket olduğunu açıqlayıb.Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. 2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 17 milyon 788 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq, 683 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyə kimi ümumilikdə 31 878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 25 882 nəfərin müalicə olunaraq sağaldığı, 448 nəfərin də vəfat etdiyi açıqlanıb.