Livanın paytaxtı Beyrutda partlayışdan əvvəl ortaya çıxan görüntü yeni iddalara səbəb olub. Axar.az xəbər verir ki, bu barədə “Yeni Akıt” nəşri məlumat yayıb. Videoda bir cismin uçaraq anbara doğru yaxınlaşdığı və ardından partlayışın baş verdiyi görünür. Bəziləri bunun quş olduğunu deyib və hücum törədilmədiyini iddia edib. Ancaq üzə çıxan bir fakt hücum ehtimalını gücləndirib. Belə ki, ABŞ istehsalı olan “Maveric” dronları kamuflyaj üçün quş formasında hazırlanıb. Partlayış zamanı da quşa bənzəyən bir cismin anbar istiqamətində hərəkət etməsi diqqət cəlb edib. Adı çəkilən dronun partlayışda istifadə edilə biləcəyi iddia olunur.