“BEYRUT LİMANINDAKI PARTLAYIŞIN ARXASINDA İSRAİL DURUR” –"əl-Qüds" yazarının təhlili

7-08-2020, 15:38   

İmad Şəqur
“Əl-Qüds əl-Ərəbi”, 05.06.2020
 
İsrail Beyrut limanında baş vermiş dəhşətli partlayışla əlaqəni inkar etməyə tələsib, yəni rəsmi, ya da qeyri-rəsmi olaraq hər hansı bir ittihamı öncədən rədd edib. Bir Fələstin məsəlində deyilir: “Pişik gözünü yumub südü içir, elə bilir ki, onu heç kəs görmür”, daha doğrusu, günahkar pişik qapının kilidindəki açarın hərəkəti eşitdikdən bəri dəhşətə gəlir, hətta ailə üzvləri evə girməmiş.
Bundan sonra rəsmilər şəxslər olan Xaciya, Benni Qantz və Qabi Aşkenazinin timsalında Beyrutda baş vermiş fəlakətlə əlaqəni rədd etməyə davam edib və bu barədə Livan səlahiyyətlilərinə aralarındakı sərhədi nəzarətində saxlayan BMT vasitəsi ilə müraciət edərək, Livanın ehtiyaclarını ödəmək üçün kömək əlini uzatmağa hazır olduğunu bildirib. Amma…
İsrailin partlayışla əlaqəsini, böyük itkiləri və qurbanların heyrətedici sayını, o cümlədən ölü və yaralıları, dağıdılmış evlər və tikililəri inkar etməsinə baxmayaraq, israillilər və İsrail cəmiyyətinin başqa bir narahatlığının səbəbini anlaya bilərik, həmçinin təhlükəsizlik strateqi Ron Ben Yişainin “Ynet”-də (“Yediot Aharonot” qəzetinin elektron variantında) yazısına əsasən. Beyrutdakı partlayışdan hələ 24 saat tam keçməmiş dərc edilən məqaləsində müəllif ABŞ prezidenti Donald Trampı Beyrut limanındakı partlayışla bağlı bir neçə saat sonra Ağ Evdə jurnalistlərə söylədiklərinə görə yıxıb-sürüyüb. “Amerika generallar prezidentin onlarla Beyrutda yaşananlarla bağlı görüşdüyünü başa düşüblər. Habelə partlayışın hücum və bir növ, bombadan ola biləcəyini…”
Beləliklə, partlayış “hücum” və ya “bir növ, bomba” nəticəsində meydana gəlibsə, dünyadakı bütün barmaqlar Qəzza zolağına, yaxud təkcə Fələstinin Qərb Sahilindəki kəndlər və düşərgələrə deyil, həm də Suriya, Livan və İraqa davamlı və gündəlik olaraq hücumlar həyata keçirən və zərbələr endirən İsrail ordusuna və təhlükəsizlik xidmətlərinə tuşlanır. Buna görə də, bu, Bin Yişainin ABŞ prezidentinin açıqlamasından qıcıqlanması və əsəbləşməsi prezident Trampı “məsuliyyətsiz prezident və təhrikçi” olaraq səciyyələndirmə nöqtəsinə gətirib.
Soruşmağa haqqımız var: İsrailin Beyrutdakı partlayışla / fəlakətlə hər hansı bir əlaqəni inkar etmək istəyinin sirri nədir?
İsrail 1967-ci il iyun fəlakətindən əvvəl “əl-Səmu qırğını”ndan sonra, Misir və İsrail arasında 1967-ci ilin iyun və 1973-cü ilin oktyabrı arasındakı “tükəndirmə döyüşləri” əsnasında Misirdəki Bəhr əl Baqar kənd məktəbində baş vermiş cinayətə / qırğına görə bu şəkildə hərəkət etməyib… Bəs sirr nədir?
Sirr – “İsrailin qan bahası”dır.
“İsrail Qan Bahası Bazarı”nda Livan “Hizbullah”ının qanı ən bahalıdır. Başqa təbirlə, o,xüsusi qandır, məsələn, digər ərəb qanlarından daha bahalı, mavi rəngli olduğundan, çünki İsrailin bayrağındakı “Davud ulduzu” da (düzgün ifadə “Davudun qalxanı”dır) eyni rəngdədir.
Ötən əsrin 60-cı illərinin əvvəllərində ciddi və satirik qəzet məqalələri yazan bir israilli yazıçı və jurnalist, – xatırladığım qədər, adı Yozef Harif idi, “Maariv” qəzetində çalışırdı, – İsrail ordusu və təhlükəsizlik xidmətlərinin büdcəsindəki artımı tənqid etdiyi sərsəm bir məqalə dərc etmişdi. Fələstin və ərəb qanını qiymətləndirmək üçün Haref sionist quldur dəstələrinin / milislərinin – “Haqanah”, “Palmax”, “Eytzel” və “Lehi”nin büdcələrini nümunə gətirmişdi. Bu dəstələrin büdcəsi 1948-ci ilin may ayında “Nəkba”dan (fələstinlilərin vətənlərindən qovulması – tərc.) əvvəl və Ben Qurionun “dövlət” qurulduğunu bəyan etməsindən bir həftə sonra “İsrail Müdafiə Qüvvələri”nin büdcəsi ilə müqayisə olunmuşdu. Həmin vaxt bütün yəhudi silahlı dəstələri ləğv edilmiş və onlar “ordu”ya birləşdirilmişdi.
Haref bir neçə milyon dollarlıq bütün bu büdcələri o illərdə fələstinli və ərəb qurbanlarının sayına bölmüşdü. Həyasız israilli jurnalist bir neçə il ərzində “ərəb qanının” qiymətinin yüz dəfədən çox artmasına etiraz edirdi.
Mən həmin satirik məqaləni xatırlaya-xatırlaya son iki həftə ərzində İsrailin demək olar ki, bütün mediasında yayımlanan hərbi qüvvələrin hərəkətindən tutmuş əsgərlərin təlimə çağırılmasınadək ordu və təhlükəsizlik xidmətləri səviyyəsində gərginliyin əlamətlərini izlədim. Həmçinin, Livanla şimal sərhədi boyunca böyük həyəcan və gərginliyi.
Hər bir tənqidçi, müşahidəçi və izləyicisi “Hizbullah”ın siyasətini tənqid etmək və qiymətləndirmək istəyə bilər, amma danılmaz bir həqiqət var ki, “Hizbullah”ın sayəsində Livanın “qan bahası” digər ərəb qanlarından bənzərsiz dərəcədə bahadır. Sanki bir damla tökülməsi döyüşə, müharibəyə və dağıntıya, məğlubiyyətə və ya qələbəyə səbəb olan İsrail yəhudi “qanı”na bərabərləşir.
Mənim kimi bir yazarın KİV-də yayılanlardan başqa heç bir məlumat mənbəyi və faktı yoxdur. Ancaq yayılanlar aydın şəkildə göstərir ki, 2 həftə əvvəl Dəməşq beynəlxalq hava limanının ətrafına hücumda “Hizbullah” döyüşçüsünün qətlə yetirən İsrailin “şimal sərhədi” boyunca həyəcan siqnalı verilib və hətta “heç-heçə” nəticə qeydə alınıb.
“Haaretz” qəzetinin təhlükəsizlik məsələləri üzrə redaktoru Amos Harel İsrail ordusu rəsmi nümayəndəsinin İsrail əsgərlərinə “Hizbullah” patruluna atəş açma əmrinin verilməsi barədə suala cavab verməkdən imtina etdiyini təsdiqləyib. Keçən həftə Livanın işğal altındakı Şeba bölgəsində baş verənlərlə bağlı tanınmış İsrail jurnalisti Nahum Barnea da müdafiə naziri və eyni zamanda, İsrail Baş Qərargahının “Hizbullah”ı geri çəkilməyə məcbur etmək üçün əsgərlərini atəş əmri verdiyini isbatlayıb.
Bütün bunlardan bu nəticəyə gəlirəm ki, İsrail ən azı birbaşa olaraq Beyrut limanındakı dəhşətli və dağıdıcı partlayışın arxasında olmasa da, dolayı yolla tonlarla ammonium nitratın saxlanıldığı anbarı casusları vasitəsi ilə partlada bilərdi.
Tərcümə: Strateq.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.