Tahir Kərimli: “Dünyanın yenidən bölüşdürülməsi gedir və bu, koronavirus, iqtisadi sanksiyalar şəklində baş tutur...”
“Əgər Rusiya Ermənistan tərəfindən üzərimizə gələrsə, Türkiyə vuruşmağa hazır olduğunu açıq nümayiş etdirir”
MDB məkanında gərginlik davam edir. Ukrayna-Rusiya, Belarus-Rusiya münasibətlərində gərginlik artan xətt üzrə inkişaf edir, Ermənistan-Azərbaycan cəbhəsində sakitlik olsa da, nələrin baş verə biləcəyini proqnoz etmək asan deyl. “COVİD-19” pandemiyası isə bu gərgin mühitəəlavə rəng qatır.“AzPolitika.info”-nun MDB məkanında və regionumuzda müşahidə edilən gərginlik, bunun mümkün nəticələri və ehtimal olunan təhlükələr mövzusunda suallarını Milli Məclisin deputatı Tahir Kərimli cavablandırıb:- Tahir bəy, müşahidəçilər bildirirlər ki, hazırda Yaxın Şərqdən sonra ən gərgin vəziyyət MDB məkanında müşahidə olunur, obrazlı desək, “böyük qardaş Rusiya kiçik qardaşları ilə yola getmir”. Sizin bu vəziyyətlə bağlı fikirləriniz nədən ibarətdir?- Klassik siyasi fəlsəfəyə görə xarici siyasət daxili siyasətin davamıdır. Amma bu, daha çox böyük dövlətlərə aiddir. Məsələn, Amerika, Çin və digərlərinə. Kiçik və zəif dövətlər isəəksinə, xarici siyasətin təsiri altında olur və öz siyasətini ona uyğun qurur. Zamanında Reyqan-Qorbaçov görüşü zamanı müəyyən razılaşma əldə olunmuşdu. Razılaşmaya əsasən keçmiş sovet respublikaları, Pribaltikanı çıxmaq şərtilə, Rusiyanın təsir dairəsinə verilib. Bu, dəqiq söhbətdir.
Sonradan Rusiyanın siyasətinə qarşı məlum keçmiş sovet respublikaları “GUAM” təşkilatını yaratdı. Özbəkistan da “GUAM”-a daxil oldu, amma sonra çıxdı. Bu qurumu yaratmaqla mümkün qədər Rusiyanın təzyiqlərini minimuma endirmək niyyəti ortaya qoyuldu. Sonradan ideya yarandı ki, Böyük Britaniyanın keçmiş koloniyaları ilə birliyi olduğu kimi, MDB birliyi yaransın və bu, daha çox Rusiya birliyi olsun. Sözsüz ki, zamanında əldə edilən razılaşmaya əsasən Rusiya MDB məkanında liderlik etmək istəyir. Və bəzən bu, qıcıqla müşahidə olunur. Məsələn, ruslar baxıb gördü ki, Qərb pul-maliyyə gücünü ortaya qoyaraq, Gürcüstanı və Ukraynanı yanına çəkə bildi.
Lakin Qərb də bu ölkələri özünə tərəf çəkərkən sənayeni, iqtisadiyyatı məhv edir ki, həmin ölkələrdə dövlət mülkiyyəti olmasın. Özəl mülkiyyət olsun və iri korporasiyalar burada ağalıq edə bilsinlər. Baxın, Ukraynanın bütün iqtisadiyyatını dağıtdılar və indi bu ölkə qeyri-iradi olaraq, Qərbdən asılı vəziyyətə düşüb. Beləliklə də, asanlıqla Ukrayna Rusiyaya qarşı qoyulub.Belarusda da bu proses başqa formada müşahidə edilir. Belarusla Rusiya arasında vahid ittifaq olmalı idi. Prezident Lukaşenko buna getmədiyi üçün Kreml çox qəzəbləndi. İndi də Moskva Belarusdakı prezident seçkilərindən istifadə edərək, Lukaşenkonu cəzalandırmaq isətyir. Lukaşenko müqavimət göstərir. Qərb isə Lukaşenkoya qarşı olsa da, bu məsələdə Belarus liderini müdafiə edir. Amma Belarusda seçki öncəsi qüvvələr nisbəti faktiki yarı-yarıyadır. İstənilən halda, avqustun 9-dan sonra hər şey bəlli olacaq.
Yeri gəlmişkən, Ermənistanın özü Rusiyanın təsiri altında bizim beynəlxalq layihələrimizin keçdiyi Tovuz rayonumuza hücum etdi, qlobal layihələrimizi dayandırmaq kimi bir yol seçdi. Əslində, Tovuz hadisələrində Rusiya istədi ki, özü kənarda qalsın və Ermənistanı irəli versin. Məgər dünya bilmir ki, Ermənistanın havadan müdafiə, kosmik nəzarət sistemi yoxdur? Onlar bizim generalın yerdəyişməsini necə bilə bilərdilər? Demək, bunu Rusiya verib. Rusiya özünü kənara çəkərək, elə rol oynadı ki, guya hər şeyi Ermənistan edib. Nəticədə, məncə, əslində Ermənistan özü böyük zərbə altında qaldı. ABŞ Konqresi qərar qəbul edərək Azərbaycan ərazilərinin işğal edildiyini ortaya qoydu.
Bununla yanaşı, indi dünya Rusiyaya münasibətdə necə davranacağı haqda yekun qərarını verməyib. Bu, daha çox Rusiyanın öz davranışından asılı olacaq. Belə təhlükələr qarşısında Rusiya nə edir? Məsələn, həlledici anda Ermənistanı müdafiə etməklə, əslində bizi incik salır. Putin bəyan edir ki, artıq Sevr müqaviləsinin zamanı bitib və Naxçıvan sahibinə qaytarılmalıdır. Nə zaman Ermənistan dövləti olub və Naxçıvan da onun tərkibində olub ki, indi ona qaytarılsın?
- Dediyiniz bu bəyanatı kim verib?- Putin verib. Və ya verilən bəyanatdan belə nəticə çıxarmaq olar. Bu nə deməkdir?
Diqqətlə müşahidə edəndə görürsən ki, həlledici anda onlar Ermənistanın yanındadırlar. Çünki zamanında bölgədə erməni dövlətini onlar düzəldib.Türkiyənin aktyor kimi bu bölgədə ortaya çıxması və bir növ 1918-ci ildə olduğu kimi yenidən regiona daxil olması müşahidə edilir. Məncə, ruslar düşünürlər ki, 1918-ci ildə də Türkiyə bu regiona daxil oldu, amma 1920-ci ildə bunun qarşısı alındı. İndi də hesab edirlər ki, Türkiyənin Qərblə münasibəti pozulub, o cümlədən Avropada bəzi ölkələrlə münasibətləri kəskindir, Yaxın Şərqdə də gərgin atmosfer olduğu üçün Türkiyə bu regionda inhisarçılıq edə bilməz.
- Türkiyənin burada keçirdiyi təlimləri nəzərdə tutursunuz?- Mən ümumi prosesləri qeyd edirəm. Bəli, Türkiyəni biz dəvət etmişik, təlimlər keçirilir ki, bu da normaldır. Yeri gəlmişkən, qeyd edim ki, Rusiya Dağıstan istiqamətində təlimlər keçirib. O cümlədən Ermənistanla birgə təlimləri olub. Və nəhayətdə sentyabrda 150 minlik təlim keçirməyi planlayır. Əlbəttə, indi çox gərgin dövr başlayıb. Sanki dünyanı idarə edən qüvvələr eksperiment keçirir. Baxın, Rotşild kimi adam gedib Çinə milyardlarla vəsait qoydu, müəssisələrini yaratdı, ucuz işçi qüvvəsindən yararlandı. Nəticədə özü pul qazandı, Çin də gücləndi. İndi isə Rotşildin, Morqanın və Rokfellerin marağı ilə ABŞ dövlətinin mənafeləri Çin məsələsində toqquşur.
Yəni demək istəyirəm ki, bütövlükdə dünya qarışıb. Bu kontekstdən baxsaq, koronavirusun özü də bir siyasətdir. Sözsüz ki, xəstəlik var və ciddidir. Amma ola bilsin ki, bunu laboratoriya şəraitində yaradıblar. Bir sözlə, MDB məkanı daxil olmaqla, dünyada böyük qarışıqlıqlar başlayıb və mənim fikrimcə, bu proses 10 il davam edəcək. Sanki dünyanın yenidən bölüşdürülməsi gedir, düyanın tərpənən daşları yerinə qoyulmalıdır. Əvvəllər dünyanın yenidən bölüşdürülməsi prosesi milyonlarla insan itkisi ilə müşahidə olunurdusa, indi bu bir qədər sivil formada - koronavirus, iqtisadi sanksiyalar şəklində baş tutur.
- Demək istəyirsiniz ki, MDB-də gərgin atmosfer 10 il davam edəcək?-Yox, mən bütövlükdə dünyanı nəzərdə tuturam. O cümlədən MDB məkanını da. Məsələn, Ukrayna-Rusiya münasibətləri tezliklə düzələn deyil. Dünyanın yenidən bölüşdürülməsinin başa çatması, o cümlədən MDB-də qüvvələr nisbətinin müəyyən edilməsinin özü uzun prosesdir.
- Sizə elə gəlmirmi ki, artıq MDB öz əhəmiyyətini itirir?- Əslində. MDB “çöp qıçlı nəhəng”dir. Bu qurumun ən ciddi strukturu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) hesab olunur. Amma Tovuz hadisələri zamanı bu qurumda olan ölkələrdən heç biri Azərbaycana qarşı aqressivlik göstərmədi. Əgər MDB-nin hərbi strukturu belədirsə, onun özünün imkanlarını müzakirə etməyə dəyməz. Sadəcə, Rusiya bu vasitə ilə təsirlərini saxlamağa çalışır. Rusiyanın bir nömrəli müttəfiqi Belarusdur. Lakin Belarus da artıq gedir. Yalnız Orta Asiyadakı bəzi ölkələr və Ermənistan ona itaət edir.
- Rusiya ona qarşı çıxan və milli dövlətçilik maraqlarını müdafiə edən MDB ölkələrinə qarşı hansı addımları ata, təzyiqlər göstərə bilər?- Düşünürəm ki, Rusiyanın əvvəlki təzyiq imkanları yoxdur. Niyə? Birincisi, Rusiya daxilində 30 milyona yaxın türk-islam əhalisi yaşayır və onların rus hakimiyyətinə daxili təsiri var.
İkincisi, müəyyən qədər Qərbdən üz döndərən Rusiya Türkiyə və digər dövlətləri nəzərə almaya bilmir, çalışır əməkdaşlıq etsin, iş görsün və s. Əlbəttə, bütün məsələlərdə dəəməkdaşlıq mümkün olmur. Bunu Suriya və Liviyada baş verənlər də ortaya qoydu.
B
ütün bunlarla yanaşı, Rusiya həm də ehtiyatlanır. Türkiyə indi Azərbaycanın tərəfində olduğunu, açıq desək əgər Rusiya Ermənistan tərəfindən üzərimizə gələrsə, vuruşmağa hazır olduğunu açıq mesajla bildirir. Türkiyə təkcə bunu bildirmir, həm də hazırlığını nümayiş etdirir. Diqqətlə baxanda görürük ki, Rusiya burada geri çəkilir. Çünki bilir ki, təkcə Türkiyə ilə deyil, eyni zamanda öz daxilində yaşayan 10 milyonlarla türk-müsəlman əhalisi ilə də münasibətlərini pozacaq. Üstəlik pandemiya, neftin qiyməti, Xabarovskda baş verənlər göstərir ki, Rusiyanın özünün durumu da günü-gündən çətinləşir. Düşünürəm ki, Rusiyanın təsiri getdikcə zəifləyir və bu, bir çox ölkələrə şans verir ki, öz suverenliyini möhkəmlətsin.
- Siz Rusiyanın zəifləməsindən danışdınız, amma Rusiyada SSRİ-nin bərpası haqqında düşünənlərin sayı getdikcə çoxalır...- Bu, mümkün olan şey deyil. SSRİ dağılan zaman ordunun 50 faizdən çox hissəsi qeyri-ruslar idi. İndi SSRİ hətta bərpa olunsa belə, bu göstərici 70 faizdən çox olacaq. Belədə, Rusiya sadəcə olaraq, ordunu idarə edə bilməz. Yalnız komanda heyəti ilə ordu idarə etmək mümkün deyil. SSRİ ideyası xülya, xəyaldır.
Bilirlər ki, bunun bərpası mümkün deyil. Ruslar özləri qəbul edirlər ki, 110 milyondan çox deyillər. SSRİ vaxtında ruslar əhalinin yarıdan çoxunu təşkil edirdi. İndi isə üçdə biri də deyil. Həm də xalqlar ayılıb, slavyan Ukrayna və Belarusun ruslarla problemi ortaya çıxıb. Bu ideya boş şeydir. Onu məqsədli formada ortaya atıb, aranı qarışdırmaq istəyirlər.
- Yaxın gələcək üçün Rusiyanın atacağı addımları proqnoz etmək mümkündürmü?-
Rusiya geri çəkilir, ehtiyatlanır. Amma aqressiya nümayiş etdirsə, Rusiyanı parçalayacaqlar. Ya Putin dəyişməli, ya da barışmalıdır. Əvvəllər Rusiya lideri Merkelin, Qərbin sözünə qulaq asırdı. Yəni elə addımlar atılmalıdır ki, Qərb onu parçalamaq niyyətinə düşməsin. Əks təqdirdə onu daxildən parçalaya bilərlər. Çünki Qərbin tirlyonları var. Rusiyada isə bu imkanlar yoxdur. Napoleon deyirdi ki, müharibənin taleyini general, top vəəsgərdən daha çox pul həll edir. Pul da Qərbdədir. Lazım gəlsə, bu pulu xərcləyib Rusiyanı parçalayacaqlar.
- Tarix göstərir ki, belə təhlükəli məqamlarla üzləşən Rusiya hər zaman situasiyadan çıxmaq üçün müharibəyəəl atıb...- İndi qlobal müharibəyə getmək çətindir. Söhbət qlobal müharibədən gedəndə gözümüz önündə atom silahlarından istifadə, 100 milyonlarla insanın ölümü canlanır.Ruslar buna gedə bilməz. Əlbəttə, Rusiya öz ordusunu modernizasiya edib, müasirləşdirib.
Amma biz onu da gördük ki, Türkiyə Suriya ərazisində Rusiyanın qüvvələrini darmadağın etdi. İndi texnologiya dövrüdür və ruslar bunu yaxşı anlayır. Odur ki, Rusiya üçün daha sərfəlisi lokal və hibrid müharibələridir. Starteji baxımdan Rusiya böyük müharibəyə hazır deyil.
Rasim Əliyev“AzPolitika.info”"Qarabağ"ın Çempionlar