Putin koronavirusa qarşı ilk peyvəndin öz qızında sınqdan keçirildiyini açıqladı “QIZDIRMASI ƏVVƏL 38, SONRA 37 OLDU...”

11-08-2020, 13:53   



Rusiya prezidenti Vladimir Putin dünyada koronavirusa qarşı ilk peyvəndin onun ölkəsi tərəfindən  rəsmi olaraq qeydiyyatdan keçirildiyini açıqlayıb. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Putin peyvəndin “kifayət qədər effektiv olduğunu, dayanıqlı immunitet formalaşdırdığını və bütün zəruri yoxlamalardan keçdiyini” bildirib.
Putin peyvəndin qeydiyyata alınması ilə bağlı keçirdiyi müşavirədə deyib ki, onun qızlarından biri peyvəndi özündə sınaqdan keçirib. “Mənim qızlarımdan biri özündə bu peyvəndi sınaqdan keçirdi. Bu mənada o, eksperimentdə iştirak etdi. İlk peyvənddən sonra temperaturu 38-ə qalxdı, ertəsi gün 37-ni azca keçdi, vəssalam”,-Rusiya prezidenti bildirib

Səhiyyə naziri Mixail Muraşko da qeyiyyatdan keçirilmiş peyvəndin yüksək effektivlik və təhlükəsizlik nümayiş etdirdiyini deyib. Daha əvvəl Səhiyyə Nazirliyinin baş ştatdankənar epidemioloqu Nikolay Briko demişdi ki, Rusiyanın işləyib hazırladığı peyvəndin qeydiyyatını təxirə salmağa lüzum yoxdur, çünki təhqiqatlar bütün beynəlxalq standartlara uyğun aparılıb.

Bildirilir ki, sınaqlarda iştirak edən bütün könüllülərdə COVİD-19 virusuna qarşı yüksək anticismlər formalaşıb. Heç kimdə fəsadlar qeydə alınmayıb. Muraşko deyib ki, peyvənd indiyədək mövcud olan platformada hazırlanıb. “Həmin platformada Rusiya Səhiyyə Nazirliyinin Qamaley adına mərkəzin mütəxəssisləri indiyədək 6 peyvənd hazırlayıblar”,-o deyib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.