Belarusu bürüyən etirazlar: Lukaşenko yumşaldı və...

14-08-2020, 09:15   


Belarus prezidenti Aleksandr Lukaşenko ölkədə davam etməkdə olan etirazlar zamanı saxlanılanlarla bağlı faktları araşdırmağı tapşırıb. Virtualaz.org xəbər verir ki, bu haqda Belarus parlmentinin yuxarı palatasının spikeri Natalya Koçanova bildirib.
Onun sözlərinə görə, prezident “əmək kollektivlərinin mövqeyini eşidib” və bu istiqamətdə iş aparılmasını tapşırıb. “Artıq bu gün axşam min nəfərdən çox adam icazəsiz aksiyalarda iştirak etməmək barədə iltizam alınaraq buraxılıb, yetkinlik yaşına çatmayanlar valideyinlərinin nəzarətinə təhvil verilib”,-o deyib.

Qeyd edək ki, Belarusda avqustun 9-da keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyalara təhlükəsizlik qüvvələri sərt müdaxilə edib, minlərlə adam saxlanılıb. OMON-un saxlanılanlarla qəddar rəftarı etirazlardan kənarda duran insanları da hiddətləndirib, ötən gün Belarusun bir neçə iri zavodunda işçilər tətilə çıxdıqlarını elan ediblər.
Etirazların böyüməsi daxili işlər naziri Yuri Qarayevi aksiyaların dağıdılması zamanı xəsarət alan təsadüfi adamlara görə məsuliyyəti üzərinə götürməyə, üzr istəməyə məcbur edib.
***
Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa təcili müraciət hazırlayır.
Virtualaz.org bildirir ki, bu barədə “Kommersant FM” radiostansiyası dövlət başçısının mətbuat katibi Natalya Eysmonta istinadən Tvitterdə yazıb.
Qeyd edək ki, nümayişçilər avqustun 9-da, prezident seçkilərinin keçirildiyi vaxt, respublika şəhərlərinin küçələrinə çıxıb. Bazar günündən etibarən icazəsiz aksiyalar davam edir, lakin onlar güc strukturları tərəfindən sərt şəkildə yatırılır. Etirazçılara qarşı hüquq-mühafizə orqanları gözyaşardıcı qaz, su şırnağı, işıq qumbarası və rezin güllələrdən istifadə edirlər. Respublika DİN-in məlumatına görə, iğtişaşlar zamanı bir nəfər həlak olub. 
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.