Yaralı əsgərimizdən xəbər var

30-07-2014, 10:55   
Yaralı əsgərimizdən xəbər varErmənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbçisi yaralanıb.
Hadisə cəbhənin Qazax rayonu istiqamətində qeydə alınıb.
Azərbycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) Tural Natiq oğlu Mustafayev düşmən gülləsinə tuş gəlib.
Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.
APA
***
2014-07-30 10:14

Azərbaycan Ordusunun hərbçisi yaralanıb.
Axar.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 29-u axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1992-ci il təvəllüdlü, Ağstafa rayonundan çağırılmış müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, əsgər Mustafayev Tural Natiq oğlu yaralanıb.
İlkin tibbi yardım göstərildikdən sonra, T.Mustafayev hospitala yerləşdirilib. Vəziyyəti sabit-ağırdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar