Türkiyənin Aralıq dənizində yürütdüyü aktiv siyasət, regional dövlət statusundan çıxaraq, nüfuzlu beynəlxalq oyunçu mövqeyinə sahiblənməsi bir çox ölkələri və beynəlxalq gücləri narahat etməkdədir. Və bu güclər uzun müddətdir Türkiyə ilə rəqib, hətta bəzən hərbi qarşıdurmaya belə gətirib çıxaran mövqedə duran Yunanıstandan istifadə edirlər.
“AzPolitika.info” xəbər verir ki, bu mövzuyla bağlı “Türkiyə” qəzeti maraqlı məqalə dərc edib.
Həmin məqalədə başda Fransa olmaqla, bir çox ölkələrin Türkiyəyə Yunanıstan vasitəsilə təzyiq cəhdlərindən və bu prosesin perspektivlərindən söhbət açılır: “Şərqi Aralıq dənizi akvatoriyasına hüquqi məhdudiyyətlər qoymaqla bağlı Misirlə müqavilə imzalayan Yunanıstan, bununla da Türkiyənin qitə şelfinə iddia etməklə təhlükəli oyuna girişir.
Lakin buna baxmayaraq, Afina iddia etdiyi dəniz zonasını qorumaq gücündə deyil. Yunanıstan öz başlıca quru ərazisindən xeyli uzaqdakı və Türkiyənin qitə sahəsinə daxil edilən dəniz zonasını qorumağa məcbur qalacaq.İndi yunanlar Türkiyənin yeni “Navtex” xəbərdarlığı ilə yanaşı, həmin bölgədə seysmik araşdırmalar aparan və Türkiyə hərbi gəmilərinin müşaiyət etdiyi “Oruc Reis” gəmisinin işinə müdaxilə etməlidir. Başqa sözlə desək, Misirlə qanunsuz müqavilə imzalayan Afina özü-özünü küncə sıxışdırıb.Yunanıstanın Şərqi Aralıq dənizinə olan iddialarına dəniz hüququ xəritəsi gözüylə baxılsa, burada ciddi problemlər görünəcək. Türkiyə regionda ən uzun sahil xəttinə malik ölkədir və onun kiçik dəniz zonasında sıxışdırılması qətiyyən qəbuledilməzdir. Ona görə də Ankara beynəlxalq dəniz hüququnun qəbul olunmuş prinsiplərinəəsaslanaraq bildirir ki, yunan adaları onun hərəkətlərini məhdudlaşdıra bilməz və ona görə də Türkiyə dəniz dibində neft-qaz kəşfiyyatı aparmaqda haqlıdır.
Türkiyə bütün sahil dövlətlərini Şərqi Aralıq dənizindəki sərhədləri dəniz hüququna görəədalətli şəkildə bölməyə çağırır. Bundan başqa Ankara deyir ki, region ölkələri hasil olunacaq neftin və qazın Avropa bazarlarına çatdırılması üçün birlikdə hərəkət etməlidir və Türkiyə bu məsələdəəməkdaşlığa hazırdır.Bəs nəyə görə Türkiyənin çağırışlarına baxmayaraq, Yunanıstan münaqişənin qızışdırılması yolu ilə gedir? Ola bilərmi ki, Afina administrasiyası Türkiyə ilə hərbi münaqişəyə girməyə cürət etsin?Sonuncu suala birmənalı cavab vermək çətindir. Belə bir münaqişə Türkiyə ilə müqayisədə Yunanıstana daha böyük ziyan vurar. Məsələ ilə bağlı onu demək olar ki, yunan hökuməti Ankara ilə münasibəti kəskinləşdirməklə, onu Avropa Birliyi və NATO-nun gözündə günahkar kimi göstərməyi planlaşdırır.Digər tərəfdən isə, Yunanıstan zəif olduğu Şərqi Aralıq dənizi akvatoriyasında ABŞ və Avropa ölkələrinin dəstəyini qazanmaq istəyir.
Yunanıstanı bu yola cəsarətləndirən bəzi Avropa Birliyi ölkələri Türkiyənin xarici siyasətindən narahatdırlar. İlk olaraq, Fransa Yunanıstanı irəli itələyərək Ankaraya qarşı yeni sanksiyalar dalağası qaldırmaq istəyir. Fransa Şərqi Aralıq dənizi problemi ilə bağlı Türkiyənin irəli sürdüyü tezisləri inkar edərək bildirir ki, Ankara Avropa Birliyinin iki üzvünü (Yunanıstan və Cənubi Kiprin yunan administrasiyasını) sıxışdırır və ona görə də Brüssel öz “müttəfiqlərinə” yardım göstərməlidir.
Avropa Birliyindəki bu ant-türk “şahinləri”AKP vəƏrdoğan hökumətinə qarşıdırlar. Elə ABŞ Konqresindəki “şahinlər” də Ankaraya qarşı sərt qərarlar alınmasına cəhd edirlər. Onlar düşünürlər ki, Yunanıstana sahib çıxmaq məsələsində avropalılar emosional davrancaqlar və Türkiyəyə qarşı münasibətdə rasional olmayan siyasətə baş vuraraq, ona təzyiqi artıracaqlar.Görünür ki, Afinada da belə fikirlərşirlər və bu çevrələrin şirnikləndirməsiylə özlərinin maksimalist tələblərini gücləndirirlər. Misirin, Birləşmiş Ərəb Əmirliklərinin, SəudiyyəƏrəbistanının və İsrailin Türkiyəyə qarşı düşmən münasibəti də bu məsələdə yunanları cəsarətləndirə bilər.
Yunanlar həmin ölkələrin və həmçinin də ABŞ-ın iştirakı ilə Yunanıstanda yeni hərbi baza qurulmasıyla Türkiyəyə qarşı geniş cəbhə yaradacaqlarını düşünürlər. Amma onların unutmayacaqları gərəkən iki şey var - maraq ittifaqları yarandığı kimi də, tez dağıla bilər və ümumi yekunda yunanlar Türkiyə ilə təkbətək qalarlar. Başqa tərəfdən Türkiyə haqlı olduğu məsələdə geri çəkilməyən ölkədir.”AzPolitika.info