Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Baş Prokurorluğun əməkdaşları Kürdəmir İH-də xüsusi əməliyyat keçirir - İCRA BAŞÇISI SAXLANILDI +TƏCİLİ, YENİLƏNİB

19-08-2020, 14:55   


Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xüsusi əməliyyatı zamanı Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov saxlanılıb.
Virtualaz.org-a məlum olduğu kimi, Ceyhun Cəfərovla birgə icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və başqaları saxlanılıblar.
Məlumata görə, vəzifəli şəxslər rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinirlər.

***13:40
Baş Prokurorluq Kürdəmir rayon İcra Hakimiyyətində keçirilən əməliyyata münasibət bildirib. 
Baş Prokurorluğun Mətbuat Xidmətindən virtualaz.org-a verilən məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilməsi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
*** 12:58
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Kürdəmir rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.
Bu barədə virtualaz.org-un bölgə müxbiri xəbər verib.
Məlumata görə, əməliyyat zamanı saxlanılanlar var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar