Tvitter 145 milyon itirdi

31-07-2014, 09:37   
İtkilərə baxmayaraq, Tvitter istifadəçilərinin sayı 24 faiz artıb.
Axar.az BBC-yə istinadən xəbər verir ki, Tvitter mikrobloq xidməti yaydığı hesabatda 145 milyon dollar (86 milyon ingilis funtu) itirdiyini açıqlayıb. İtirilən bu məbləğ mart-iyun ayları arasındakı tarixləri əhatə edir. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma deməkdir.
Bütün bunlara baxmayaraq, Tvitter istifadəçilərinin sayında da artım olub. Qurum rəsmiləri qeyd edilən 3 ay ərzində mikrobloq istifadəçilərinin sayının 24 faiz artaraq 271 milyon nəfərə çatdığını qeyd ediblər. Belə ki, yeni istifadəçilərin 13 milyonu xarici ölkələrdə, 3 milyonu isə ABŞ-da qeydiyyatdan keçib.
Şirkətin səhmlərində də bahalaşma müşahidə edilib. Firmanın səhmlərinin 35 faiz bahalaşdığı açıqlanıb.
Tvitterin reklam gəlirlərində də artım olduğu deyilir. Bu rəqəmlər bir il öncəki göstəricilərə nisbətən 129% artaraq 277 milyon manata çatıb.
Xatırladaq ki, Tvitter öz istifadəçilərinin 78 faizinin mobil telefon vasitəsi ilə mikrobloq hesablarına daxil olduqlarını açıqlayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.