Putin Belarusa yeritmək üçün xüsusi ordu hazırladığını açıqladı BİR HƏFTƏDİR HAZIRLIQ KEÇİRLƏR...

27-08-2020, 16:39   



Prezident Vladimir Putin Rusiyanın, "lazım gələrsə" Belarusa kömək üçün, hüquq-mühafizə orqanları əməkdaşlarından ibarət ehtiyat qüvvə yaratdığını bildirib.
Virtualaz.org bildirir ki, bu barədə RT xəbər yayıb.
"Belarusdakı ekstremist ünsürlər sərhədləri keçməyənə və soyğunçuluğa başlamayanadək Rusiya qüvvələri istifadə edilməyəcək",- deyə V.Putin əlavə edib.

“Belarusda ekstremist elementlər qırmızı xətti keçərək talan hərəkətlərinə başlamasalar, Rusiya qüvvələrindən istifadə olunmayacaq”, – Putin vurğulayıb.
Rusiya prezidenti onu da deyib ki, “Belarusun hüquq-mühafizə agentlikləri şəraitdən asılı olmayaraq təmkinli davranış nümayiş etdirirlər”.
WarGonzo Telegram-kanalı Rusiya Silahlı Qüvvələrinin Baş qəragahındakı mənbələrə istinadən bildirir ki, Putinin Belarusa yeritmək üçün hazırladığı ehtiyat hərbi qüvvənin tərkibinə elit xüsusi təyinatlılar daxildir. Söhbət Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyatar qüvvələrindən gedir. Bildirilir ki, onlar bir həftədən çoxdur Minskə göndərilmək üçün hazırlıq keçir və gözləmə vəziyyətindədir.
 
 
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.