“Ombudsman Aparatı işini davam etdirir. Necə ola bilər ki, Ombudsman fəaliyyətini dondursun?!”.Bu fikirləri Modern.az
–a Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva mətbuatda fəaliyyətini dondurulması barədə yayılan xəbərlərə münasibət bildirərkən deyib.
Ombudsman elə bu gün rəsmi görüşdən çıxdığını da bildirib: “Bir neçə saat bundan qabaq Avropa İttifaqının nümayəndələri ilə onlayn görüşümüz olub. Görüş az öncə bitib. Fəaliyyətimizi davam etdiririk”.