“Mən onları rəqib yox, opponent adlandırardım”.Bu sözləri Belarus Prezidentinin oğlu Viktor Lukaşenko müxalifət haqda deyib.
“Özünü toparlamalısan, düşünməli və düzgün rəyə gəlməlisən. Fikir müxtəlifliyi yaxşıdı…” – oğul Lukaşenko sözünə davam edib.
Viktor Lukaşenkonun fikrincə, ölkə çətin vəziyyətə düşəndə həmrəylik nümayiş etdirmək zəruridir.
Xatırladaq ki, Viktor Lukaşenko Belarus Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi, Təhlükəsizlik Şurasının üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidentidir. (teleqraf.com)