Gürcüstan ordusu paytaxt Tiflisdən 20 km aralıda geniş miqyaslı hərbi təlimlər keçirir.
Qoşunların taktiki-döyüş hazırlıqlarını artırmaq məqsədilə “müharibə oyunlarına” tank diviziyası, hərbi hava qüvvələri cəlb olunub.
Təlimlərdə, ümumilikdə 800 nəfərə yaxın şəxsi heyət iştirak edir.
Qeyd edək ki, bu, 2008-ci ilin Gürcüstan-Rusiya müharibəsindən bəri qonşu ölkənin keçirdiyi ilk təlimlərdir.
Gürcüstan müdafiə nazirinin sözlərinə görə, təlimlərin əsas məqsədi həmin münaqişədə yol verilmiş strateji səhvləri aradan qaldırmaq olub.