Nərimanov RİH-nin əməkdaşı beynəlxalq axtarışa verildi – Əli Həsənov həbs edilir?

31-08-2020, 11:18   


Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin qaçırılaraq oğurlanması, daha sonra yoxa çıxması ilə bağlı yeni təfərrüatlar açıqlanıb.
“SAVAŞ”-a daxil olan məlumata görə, Elşad Abdullayevin ictimaiyyətlə paylaşdığı məlumatlardan bəlli olur ki, ondan qardaşının azadlığa buraxılması üçün 500 000 ABŞ dolları tələb edilib. Bu tələblə bağlı danışığın həyata keçirilməsi üçün Arzu Kazımovskinin tövsiyyəsi ilə İçəri Şəhərdə ofisdə görüş baş tutub. Həmin görüşdə özünü idmançı kimi təqdim edən Nurlan Həsənov pulun tələb edilməsi ilə yanaşı Mahir Abdullayev haqqında etik olmayan ifadələr də işlədib.
Nurlan Həsənov Arzu Kazımovskiyə bildirib ki, “Mahir Abdullayev qorxudan şalvarını doldursa da hələ dözür”
https://www.azadliq.info/28527.html
Elşad Abdullayevin dediyinə görə bunu deyən Nurlan Həsənov Mahir Abdullayevin oğurlanması və qarşılığında pul tələb olunması ilə bağlı rolunu etiraf etmiş olub. Elşad Abdullayevin bildirdiyinə görə O özü bu danışığa şahidlik edib.
Hal-hazırda Baş Prokurorluq Nurlan Həsənovla bağlı axtarış elan edib. Nurlan Həsənovun Türkiyənin İstanbul şəhərində gizləndiyi bildirilir.
Daxil olan daha bir maraqlı məlumat isə Nurlan Həsənovun kimliyi ilə bağlıdır. Araşdırmalar göstərir ki, Nurlan Həsənov beynəlxalq axtarışda olmasına baxmayaraq hal-hazırda Nərimanov rayon icra hakimiyyətində yüksək vəzifə daşıyır.
http://narimanov-ih.gov.az/page/21.html
Nərimanov rayon icra hakimiyyətinin rəsmi saytında göstərilir ki, Həsənov Nurlan Həsən oğlu Nərimanov rayon icra hakimiyyətində ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiridir.
Nurlan Həsənovla bağlı internetdə axtarış etdiyimiz zaman çox müəmmalı məlumatlarla qarşılaşdıq. Belə ki, Nurlan Həsənovun illərdir Prezidentin keçmiş köməkçisi Əli Həsənov tərəfindən himayə edilir:
http://gundemxeber.az/gundemxeber/57518-abidin-ferzeliyevin-nurlan-adli-mueammali-sheriki-eli-hesenov-da-ishin-ichinde.html
Görəsən Hal-hazırda Əli Həsənovun və Nurlan Həsənovun ikisinin də İstanbulda olması təsadüfdürmü?
Bir neçə gün əvvəl mühacirətdə yaşayan, müxalif jurnalist Natiq Adilov öz facebook hesabında Avropada yaşayan digər müxalif siyasətçi Qurban Məmmədovun da İstanbula Əli Həsənovla görüşə getdiyini açıqlamışdır. Bundan öncə də Əli Həsənov və Qurban Məmmədovun münasibətlərindən bəhs edən yüzlərlə yazıya rast gəlmək mümkündür.
Lakin bu yaxında hit.az saytında sensasiya hesab ediləcək araşdırma dərc edilmişdir. Belə ki, Qurban Məmmədovun müxalifliyinin elə ilk günündən Əli Həsənovun protektoratı altında Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən maliyyələşdiyi ortaya çıxmışdır.
https://hit.az/az/siyaset/125907/mehdiyev-hesenov-klaninin-daha-bir-uzvu-abdin-ferzeliyev-kimdir/
Necə deyərlər, bütün oxlar eyni yeri göstərir.
Araşdırmamız davam edəcək…
Sakit
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.