Türkiyə nüvə silahı əldə edib? – Sensasion baxış

31-08-2020, 12:18   




Türkiyə bu qarşıdurmada tam haqlı olduğu üçün müharibə təhdidlərindən qorxmayaraq, ölkənin milli maraqlarını qətiyyətlə müdafiə edir.
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Aralıq dənizinin şərqində yaranan gərginlik və Türkiyənin mövqeyi haqda danışarkən deyib.
O bildirib ki, Ərdoğan cəsur və müdrik dövlət adamıdır:
“O bilir ki, geri çəkilsə, Türkiyənin həyati mənafelərinin olduğu digər regional məsələlərdə daha alçaldıcı tələblər irəli sürəcəklər. Gözəl el məsəlimiz var: “Ağıllı fikirləşincə, dəli vurub çayı keçdi”. Bəzən dövlət maraqlarının ortada olduğu zamanda beynəlxalq məsələlərdə dəliqanlı olmaq lazımdır. Çox vaxt qorxaqlıqla ehtiyatlılığın sərhədlərini müəyyənləşdirmək olmur. Müharibə olacaqsa, deməli, olacaq. Türkiyənin güclü hərbi-sənaye kompleksi var. İnanıram ki, Pakistandan nüvə silahı da əldə edib. Əgər etməyibsə, bunu tezliklə gerçəkləşdirmək lazımdır. Hazırda bütün nüvə dövlətləri öz arsenalını genişləndirir. İslamabad kömək etməlidir ki, dünyada içi biz qarışıq alçaldılmış müsəlman dövlətlərindən qeyrəti olan daha biri nüvə dövlətinə çevrilsin.
İstiqlal savaşında Türkiyə müttəfiqlərə yaxşı dərs vermişdi. Türkiyəyə hörmət etməsələr, görünür, növbəti belə bir dərsə ehtiyac olacaq. Müharibə olacaqsa, Azərbaycan İstiqlal savaşında olduğu kimi, indi də Türkiyənin yanında olmalı, ona maddi və hərbi dəstək verməlidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.