ƏRDOĞAN DÜŞMƏNLƏRƏ MEYDAN OXUYUR! – “Türkiyəyə dənizdə düşmənləri qorxuya salan vasitələr lazımdır”

2-09-2020, 16:36   





Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan Şərqi Aralıq dənizi bölgəsində güclənməkdə olan gərginlik fonunda növbəti iddialı tapşırıq irəli sürüb - 3 aviadaşıyıcının tikintisi! Bu aviadaşıyıcılar düşmənləri qorxuya salacaq vasitə və potensial düşmənin qarşısını alacaq alət rolunu oynayacalar.
«Hurriyet Daily News» nəşri bu mövzuda Ərdoğandan sitat gətirir: «Türkiyə özü üçün gəmilər layihələndirmək və istehsal etmək gücündə olan 10 ölkə sırasındadır. Axı biz, istehsal edə bilərik. Biz, vicdanla işləməyi və istehsalı davam etdiririk - bunu bir dəqiqə də olsun, yaddan çıxara bimlərik».
Şərhçilər qeyd edirlər ki, Türkiyə, şübhəsiz, gəmilər istehsal edə bilər. B yaxınlarda sıraya qoşulmuş «TCG Anadolu» desant gəmisidir və yüngül aviadaşıyıcıya rekonstruksiya oluna bilər. Gəmi elə layihələşdirilib ki, öz göyərəsində F-35 qırıcılarını daşıya bilsin. Ancaq Birləşmiş Ştatlar Türkiyəni F-35 proqramından çıxarıb - Ankara Rusiyadan S-400 zenit-raket kompleksi (ZRK) aldığına görə. İspaniyanın «Nayantia» şirkəti Türkiyənin «Sədəf» verfinə (verf - gəmi istehsal edilən yer, müəssisə) belə gəmilərin layihələşdirilməsi, texnologyaların, avadanlıqların verilməsi və texniki kömək göstərilməsi işində yardımçı olub. Türkiyə hərbi-dəniz qüvvələri üçün eyni gəminin («TCG Trakya» adlanacaq) istehsalı hazırda planlaşdırma mərhələsindədir.
Bəzi türkiyəli hərbi ekspertlər iddia edirlər ki, burada tam fəaliyyət qabiliyyətli avadaşıyıcılarn tikintisi yox, necə deyərlər, superdaşıyıcıların - zərbə vertolyotları və çoxməqsədli qırıcıları daşıyan dəniz platformasının tikintisi nəzərdə tutulur. Hazırda Türkiyə aviadaşıyıcılar yox, vertolyot daşıyıcıları istehsal edir. Birincilər məhdud hərbi fəaliyyət məkanında daha lekal hərbi tapşırıqları yerinə yetirir və bu zaman dünya okeanında döyüş növbəsi çəkmək və döyüş əməliyyatları keçirmək məqsədi güdmür.
Bütün bunlar Qərb imperialistlərinin (Fransa, Almaniya, ABŞ və s.) və İsrailin, Misirin, BƏƏ-nin Ağ dənizdə Yunanıstanla birgə Türkiyənin üstünə gəlmək çabaları göstərdikləri bir vaxtda baş verir. Bu sırada Fransa və BƏƏ daha çox canfəşanlıq göstərir ki, bunun da köklü səbəbləri var. Məsələn, Fransa son dövrdə Afrikada hegemon mövqeyini sürətlə itirməkdədir - Afrika ölkələri oyanış çabaları göstərirlər. Bu oyanış imperialist Fransanı hər il 500 milyard dollar itkisinə məruz qoymaqla hədələyir. Məlumatlara görə, İkinci Dünya Müharibəsindən sonra Afrika ölkələri üzərinə qoyulmuş «töycü»nün (müstəmləkə vergisi!) məbləği hər il 500 milyard dollar təşkil edir! 
Bundan başqa, Afrika ölkələrinin bankları öz pullarını Fansa banklarında saxlamağa məcbur edilir. Fəqət, bu da hamısı deyil. Məlumatlara görə, Afrika ölkələrinin bankları öz pullarının (qazanclarının) yalnız 15 faizindən istifadə etmək hüququna malikdirlər, yerdə qalan 85 faiz üzərində isə Fransa bankları sərəncam verirlər - bu pullar müəyən situasiyalarda Afrika ölkələrinə yüksək faizlərlə borc kimi verilir. 
Belədə, məntiqi sual yaranır: Afrika ölkələrində başlanmış oyanışın səbəbi (detonatoru) nədir? Cavab sadədir - məhz, Türkiyə! Türkiyə son illər addım-addım Afrikaya nüfuz etməkdədir (bu barədə ayrıca yazı hazırlamaq fikrindəyik) - işğalçı kimi yox, xoşməramlı həmkar (dost) kimi! İndi Türkiyə Afrika ölkələrinin qarantı mövqeyinə iddialıdır ki, bu da Fransanı rahatsız edir.
Afrikada ilk oyanış cəhdində Liviyanın mərhum prezidenti Müəmmər Qəddafi bulunmuşdu ki, onun da aqibəti məlumdur. Qəddafini kim ödürdü? Fransa prezidenti Sarkozinin Liviyaya göndərdiyi casus! Qədafinin məxfi telefon nömrəsini isə Sarkoziyə xain Bəşər Əsəd vermişdi. Belə bir durumdan çıxış edən Fransa hakimiyyəti həyasızcasına demokratiyadan, insan haqlarından ağızdolusu danışır. Amma Afrika mədənlərində qul kimi işləməyə məcbur edilən, ağır əməkdən, pis qidalanmadan, tibbi köməkszlikdən həyatını itirən milyonlarla Afrika insanının hüquqlarını qulaqardına vurur!
İndi imperialist Fransa Afrikada öz qarşısında Türkiyəni görüncə, müvazinətini itirir və hətərən-pətərən vurur. Amma bunların heç bir faydası olmayacaq, nədən ki, dünya sürətlə dəyişir…
O ki, qaldı Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) adlı ərəb ölkəsinə, əslində bu dövlət mahiyyət etibarilə, heç də ərəb ölkəsi deyil. Belə ki, onun əhalisinin yalnız 15 faizi ərəblərdən ibarətdir, qalanı isə digər millətlərin nümayəndələridir. Ölkədə hakim mövqe isə Qərb kapitalının əlindədir. Burada isə həlledici söz sionistlərin ixtiyarındadır…
Misiri Türkiyəyə və ərəb dünyasına qarşı xəyanət mövqeyinə sürükləyən səbəb barədə ötən yazılarımızda xatırlatma vermişdik. Bu səbəb Kemp-Devid separat sazişindən qaynaqlanır. Həmin sazişin məxfi müddəalarından biri, xəyanəti qarşılığında hər il İsrail tərəfindən Misirə 5 milyard dollar «maliyyə köməyi»nin göstərilməsini nəzərdə tutur. Misir prezidenti əs-Sisinin ağzının suyunu axıdan bax, həmin milyardlardır!
Mədəsinin əsiri ölan, arvad paltarında gəzib, pula arvadlıq edən bu məxluqlar necə də iyrəncdirlər, Tanrım!!!
Mirzə AĞ
AzPolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.