“Takvim” qəzeti, Türkiyə, 02 sentyabr 2020-ci il Aralıq dənizinin ən vacib düyünün açılacağı yer olduğunu artıq anladıq. Keçən zaman bizə bunu öyrətdi. Bəziləri anlamaq istəməsə də, real vəziyyət belədir. Sadəcə Türkiyəyə yox, son on ildə bölgədə yaşanan hadisələrə nəzər salın. Ərəb baharından Suriyaya, İraqa qədər incələyin.Aramkoya dron hücumlarından
Qaşıqçı sui-qəsdinədək gəlin.
COVİD-19 ilə sarsılan dövlətlərdən iqtisadiyyatın dayanmasına qədər irəliləyin. Bütün hamısı böyük bir oyunun parçasıdır və ssenaridir.
Yeni sistem hələ də qurula bilmədiyi üçün bu dalğalanma davam edəcək. Ümid edirəm, müharibə ilə nəticələnməz, amma o da ehtimallar arasındadır.
Müharibənin yeni ünvanının
Aralıq dənizi olması artıq heç kəsə sirr deyil. Bəzilərinin düşüncəsinə görə, yeni dünya nizamı üçün gərəkli hesab olunan
7 iddia tamamlanıb.
Buna görə də final Aralıq dənizində olacaq.“Exxon Mobil”, “Chevron”, “BP”, “Shell” kimi dünyanın ən yaxşı
20 neft şirkəti Aralıq dənizində özləri üçün həyati önəmə malik sahə axtarır. Ancaq səhnə qarşısında görünən
Yunanıstan əsas oyunçu deyilsə, deməli, önə çıxan şirkətlərin də arxasında bilmədiyimiz böyük bir kölgə güc dayanır və o, öz üzünü gizlədir.
Hər şirkət Aralıq dənizində özü üçün həyati önəmə malik sahə axtardığı bir zamanda Fransa Prezidenti
Emmanuel Makronun hələ avqustun 1-də yeni tanış olduğu nəhəng bir şirkət var. Adını eşitdiyi zaman təəccübləndiyi bu şirkətin adı
“Vitol Group”dur.
Şərqi Aralıq dənizində böyük olmaq istəyən Makron aldığı məlumatdan sonra rəsmən büdrədi. Mövzunu kobud olaraq ifadə etsək, deyə bilərik ki, yeraltındakı bütün neft və təbii qaz yataqlarının sahibi “Vitol” şirkətidir.Bu böyük güc üçün Aralıq dənizi çox önəmli yerdir.
Elə isə bu şirkətin sahibləri kimdir? Gücü haradan əldə edirlər? Əmin olun, bu suala çox az adam cavab verə bilər. Səhnədə görünən bütün isimlər yazılmış ssenarinin bir hissəsidir. Həqiqi sahiblərini bilən çox az adam var. Sanki “sirr” kəlməsi yalnız bu şirkət üçün yaradılıb.
“Vitol Group” dünyanın yeganə müstəqil şirkəti kimi tanınır.
Sahibi dərin Amerikanın arxasındakı qüvvə olaraq adlandırılsa da, şirkətin keçmiş icraçı direktoru
Yan Taylor deyilənə görə belə bir ifadə işlədib:
“Amerika dərin dövləti, İngilis dərin dövləti və ya yer üzündəki bütün dərin dövlətlər “Vitol Group”dan əmr alırlar”.Bu cümləni yer üzündə quracaq neçə nəfər var, deyə bilmirəm. Yan Taylorun bunu söylədiyinə dair bir dəlil olmasa da,
“Dünyadakı yeganə müstəqil şirkət” deyimi əslində ən böyük sübutdur. İngilis iş adamı və “Vitol Group”un rəhbəri
Rusel Hardi bu gün
İngiltərə və
ABŞ-da böyük gücdür.
Bu gün Rusel Hardinin Putinə “təbii qaz satmayacaqsınız” və “Aramco” üçün şahzadə Salmana “neft istehsalını dayandıracaqsınız, ya da yüz faiz artıracaqsınız” deməsi kifayətdir. Bəli, həqiqətən, vəziyyət belədir.İnanılmaz görünsə də, mənzərə budur. Bunun səbəbi Rusel Hardinin gücü yox, şirkətin dünyanın ən böyük oyunçusu olmasıdır.
“Aramco”, “Microsoft”, “Apple”, “Amazon”, “Alphabet” dünyanın ən dəyərli 5 şirkətidir. Bu şirkətlərin ümumi dəyərindən daha dəyərli və ümumi güclərindən çox daha güclü bir şirkət varsa, o da
“Vitol Group”dur.
Əgər dünyanı ən zəngin ailələr idarə edirsə, həmin ailələri də həmin bu şirkət idarə edir. Şirkətin rəhbəri istisna olmaqla, haqqında hər şey məxfi saxlanılır. Açıqlanan və ya iddia olunan rəhbərlərin heç biri real şəxslər deyil. Mərkəz
Cenevrə və
Rotterdamda yerləşir. Bu da doğru deyil. Şirkətdə 1500-ə yaxın işçi var.
Təəssüf ki, bu da doğru deyil. Şirkətdə çalışan kəşfiyyat agentlərinin sayı 2 min civarındadır. Bu səbəbdən “Vitol Group” Aralıq dənizindədir. Bizi də maraqlandıran məsələ də elə budur.İndi bunun hansı Aralıq dənizi olacağını görəcəyik. Amerika Birləşmiş Ştatlarından Avropa Birliyinə, Qətərdən Cənubi Koreyaya qədər hər kəs Aralıq dənizindədir. Hər kəs gücünü bu bölgəyə yığır.
Belə çıxır ki, hər kəs bölgədə müharibə istəyir? Həlledici sual budur.Görünür, “Vitol Group” istəyir. Çünki müharibəsiz həll yolu yoxdur. “Vitol Group”a görə, təbii qaz və neft ehtiyatları təxminən
2 trilyon dollar olan bir dənizdə sülh gözlənilə bilməz. Ancaq biz arzu edirik ki, müharibə olmasın.
Kaş, Aralıq dənizindəki
20 trilyon dollarlıq sərvət qanuni hüquqları olan ölkələrə verilərdi. Təəssüf ki, bu, olmayacaq. Heç vaxt olmayıb, bir daha da olmayacaq.
Öz daxilində təkamül keçirməli olsa da, bu, 300 illik sistem sonunda dəyişəcək. Dünya bu təkamülə hamilədir. Bunu anlamadan heç bir addım atmaq olmaz.
“Vitol Group” 300 il əvvəl mövcud deyildi. Ancaq bugünkü həmin şirkətin təməl daşları 300 il əvvəl atılıb. Heç bir dövlətin müstəqil olması istənilmir. Heç bir liderin müstəqil olması qəbul olunmur. Bu səbəbdən Aralıq dənizində gərginlik artacaq. Yaranan bu təzyiq sonunda böyük silkələnməyə yol açacaq.
Taylor 2018-ci ildə
“Financial Times” qəzetinə
“Hər bir ölkənin neft alması və satması vacibdir. Rəqəmləri bilirsiniz. Dünyada bir milyard insan hələ də elektrik enerjisindən istifadə etmir, 3 milyard hələ də soba və kömürdə yemək bişirirlər. Açıq desək, hələ gedilməli uzun bir yol bizi gözləyir” – deyə, açıqlama vermişdi.
“Vitol Group” 2017-ci ilin iyun ayında
1 milyard 368 milyon avroya neft ofisi satın aldı və bununla da yaddaşımızda həkk olundu. Şirkətin tanınmış nümayəndəsi Yan Taylor,
“Neftsiz dövr xəyaldır. Bu, heç vaxt olmayacaq” ifadələrinin müəllifidir.
Bu şirkət “Exxon Mobil”dən “Chevron”a, Sinqapurdan Hustona, Səudiyyə Ərəbistanından Avropaya qədər yayılmış bir divdir. İndi bu div şirkət Aralıq dənizində müharibə istəyir. Yeni bir sistemin yaranması üçün dəhşətli Aralıq dənizi müharibəsi artıq qapımızı döyür. Bunu fərqinə varıb, elə addım atmaqda böyük fayda var.Neftin hər damlasında imzası olan və sahibi bilinməyən bir divin addımları diqqətlə izlənilməlidir.
Almaniyadan Fransaya, Papadan Miçotakisə qədər hər kəs Aralıq dənizinə uzanaraq bizi narahat etdiyi bir zamanda baş verənlərə bir az fərqli baxmaq faydalıdır. Ağıl və diplomatiyanın hər zamankından daha vacib olduğu bir nöqtədəyik. Oyunun kiçik fiqurlarından ehtiyatımızı gözləyərək, yavaş-yavaş sürətlənməliyik.
Tərcümə Strateq.az-ındır