Qara dəniz üzərində TƏHLÜKƏLİ ANLAR: Ukrayna və ABŞ təyyarələrini havaya qaldırdı

5-09-2020, 15:17   


Qara dəniz üzərində TƏHLÜKƏLİ ANLAR: Ukrayna və ABŞ təyyarələrini havaya qaldırdı
ABŞ Hərbi Aviasiya Qüvvələrinə məxsus strateji B-52H Stratofortress bombardmançı təyyarələri ilə Ukraynaya məxsus Su-27 və MİQ-29 təyyarəsi Qara dəniz üzərində birgə uçuş həyata keçirib.
Publika.az xəbər verir ki, 2 ədəd B-52H dünən İngiltərədəki “Fairford” aviabazasından havaya qalxıb.
Təyyarələr Niderland, Almaniya və Polşa üzərindən uçaraq Ukraynanın hava məkanına daxil olub. Ukrayna ordusunun təyyarələri ABŞ təyyarələrini Azov dənizinə qədər müşayiət edib. Təyyarələrin bu qisminə qədər olan uçuşları ilə bağlı Ukrayna Müdafiə Nazirliyi tərəfindən verilən açıqlamada birgə uçuşların planlaşdırılmış təlim olduğu vurğulanıb.
Rusiya mətbuatı isə Ukrayna və ABŞ təyyarələrinin uçuşu ilə bağlı müxtəlif iddialar səsləndirib. İddiaya görə, təyyarələr Qara dəniz üzərindən Krımın 53 km məsafəsinə qədər irəliləyib. ABŞ təyyarələri təhlükəli şəkildə yarımadaya yaxınlaşaraq bombardman, manevr və kəşfiyyat tipli fərdi qabiliyyətlərini sərgiləyib. Ukrayna təyyarələri də onlardan nümunə götürüb.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.