Erməni xakerlərin saytlarımıza hücumu

3-08-2014, 11:21   
Erməni xakerlərin saytlarımıza hücumuAzərbaycan informasiya saytları erməni xakerləri tərəfindən mütəmadi hücuma məruz qalır. Belə ki, bu gün “haqqin.az” saytı erməni xakerlər tərəfindən sındırılıb.

ANS PRESS-in məlumatına görə, saytın sındırılmış səhifəsində terror təşkilatı olan “erməni gizli ordusu”nun (ASALA) simvolu yerləşdirilib və “Əgər siz müharibəyə son qoymasanız, müharibə sizin sonunuza çıxacaq” (If you don't end war, war will end you) şərhi qeyd edilib.

Saytın aşağı hissəsində ASALA tərəfindən sındırılıb (HACKED BY A.S.A.L.A) sözləri yer alıb.

Qeyd edək ki, dünən ANS PRESS saytına da davamlı olaraq erməni hakerləri tərəfindən hücumlar olub. Bununla əlaqədar saytın fəaliyyətində problemlər yaranıb. ANS PRESS-in texniki heyəti bu problemi aradan qaldırıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.