Cared Şuba“Əl-Monitor”, 09.09.2020 Çərşənbə günü ABŞ qüvvələrinin Yaxın Şərqdəki komandanı rəsmi olaraq İraqdakı ABŞ əsgərlərinin sayının çoxdan gözlənilən 5 min nəfərdən 3 minə endiriləcəyini elan edib.“İraq qüvvələrinin əldə etdiyi böyük irəliləyişi nəzərə alaraq, İraq hökuməti və koalisiya tərəfdaşlarımızla məsləhətləşmə və koordinasiyalı olaraq, ABŞ sentyabr ayında İraqdakı qoşun varlığınıı təxminən 5200 nəfərdən 3000 əsgərə qədər azaltmağa qərar verib”.
Bunu Bağdadda koalisiya komandan dəyişmə mərasimində CENTCOM komandanı general Kennet Frank MakKenzi deyib. “Bu qərar İraq təhlükəsizlik qüvvələrinin müstəqil fəaliyyət qabiliyyətinin artmasına olan inamımızdan qaynaqlanır”.
Çıxış barədə elan İraq baş naziri Mustafa əl-Kaziminin İŞİD-in dağınıq hüceyrələrə çevrilməsindən sonra Birləşmiş Ştatların İraqla təhlükəsizlik və iqtisadi əlaqələrini müzakirə etmək üçün Vaşinqtona səfərindən 3 həftə sonra verilib.
MakKenzi iyul ayında İraqda qoşunları azaltmağa açıq eyham vuraraq, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın ölkədə daha az qüvvə ilə İŞİD-lə mübarizəni davam edə biləcəyinə inandığını söyləyib. CENTCOM komandanı İŞİD qalıqlarının artıq əraziləri ələ keçirə bilməyəcəyinə əminliyini ifadə edib.
“Bu, hər iki ölkənin və koalisiyanın uzun illər ərzində apardığı səylərin nəticəsidir”. Bunu müdafiə nazirinin Yaxın Şərq işləri üzrə köməkçisinin keçmiş köməkçisi Maykl Mulroy bildirib.
İndi təhlükəsizlik məsələləri üzrə analitik olan Mulroy əlavə edib: “İŞİD-in yenidən İraqda və ya Suriyada əraziləri geri ala bilməməsini təmin etmək üçün İraqdakı qüvvələrimizi saxlamağımız çox vacibdir. İranın İraqdakı təsirinə qarşı da İraq ordusu ilə güclü əlaqələrimizi qorumalıyıq”.
Bu ilin əvvəlində ABŞ-ın İraqdakı çoxmillətli koalisiyası Bağdaddakı qərargahda və digər böyük bazalarda əsas səylərini birləşdirmək üçün peyk bazalarından çəkilməyə başlayib.
Koalisiya keçidin çoxdan planlaşdırıldığını, ancaq İranla əlaqəli şübhəli silahlı qrupların raket hücumlarının artıdığını bəyan edib.
Rayan Makkarti Çərşənbə günü etiraf edib ki, bu hücumlardan biri ABŞ və İranı müharibə astanasına gətirib.
Ötən ilin dekabr ayında Kərkük yaxınlığındakı “K1” hava bazasında İraq əsilli bir Amerika podratçısını öldürən raket zərbəsi ABŞ prezidenti Donald Trampın Bağdad beynəlxalq hava limanı yaxınlığında İran generalı Qasim Süleymaninin dronla öldürülməsinin intiqam ı idi. İran bu sui-qəsdə İraqda 100-dən çox ABŞ hərbçisinin beyin sarsıntılarına səbəb olan ballistik raket hücumu ilə də cavab verib.
ABŞ rəsmiləri “Haşdi Şəabi” milislərinin Bağdadı birbaşa nəzarəti altına alınmasına xüsusi diqqət yetirərək, iraqlı vəzifədaşlarını ölkənin təhlükəsizliyində islahatlar aparmağa çağırıblar.
ABŞ dövlət katibinin İraq üzrə köməkçisinin müavini David Kopli ötən ay bildirib ki, islahatın irəliləməsi ABŞ-ın İraqdakı qoşunları ilə bağlı qərarları ilə bağlı deyil. Hərbi rəsmilər ABŞ-ın koalisiyanın varlığını azaltmaq qərarının siyasi bir qərar olduğunu söyləyiblər.
“Reuters” xəbər verir ki, Çərşənbə axşamı günü ABŞ-ın yüksək səviyyəli bir rəsmisi “Air Force One”-da olan jurnalistlərə bildirib ki, Tramp Çərşənbə günü qoşunların İraqdan çıxarılacağını elan edəcək.
Tramp yenidən seçilmək üçün əlləşir və “bitməyən müharibələr” adlandırdığı işə ABŞ-ın qarışmasına son qoyacağına söz verib. Baxmayaraq ki, koalisiya qüvvələri İraq əsgərlərini İŞİD-ə qarşı əməliyyatlarda mütəmadi müşayiət etmir.
Müdafiə naziri Mark Esper keçən ay bildirib ki, Pentaqon ABŞ-ın Əfqanıstandakı qoşun kontingentini noyabr ayına qədər təxminən 50% azaltmağı planlaşdırır.
Çərşənbə günü “Air Force One”-da olan rəsmi bildirib ki, Tramp bu azaltma ilə bağlı yaxın günlərdə bir açıqlama verəcək.
Keçən ay Ağ Evin İraqdakı əsgərləri azaltması barədə dövlət katibi Mayk Pompeoya da sual ünvanlanıb. Pompeo bildirib: “Missiyanı başa vuran kimi. Prezident çox açıq şəkildə söylədi: “İştirakımızı mümkün qədər tez başa vurmaq və ən aşağı səviyyəyə endirmək istəyirik”. Bizə verdiyi tapşırıq məhz budur və buna nail olmaq üçün iraqlılarla işləyirik”.
Kazimi ilə görüşdən sonra Tramp jurnalistlərə bildirib: “Bir anda, əlbəttə ki, yox olacağıq. Orada olmayacağımız günü səbirsizliklə gözləyirik”.
Tərcümə: Strateq.az