Son günlər daha da fəallaşan Ermənistan ordusu ötən gecə də atəşkəsi pozub.
ANS PRESS-in məlumatına görə, erməni hərbi birləşmələri cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20 dəqiqəyə yaxın atəşə tutublar.
Atışma zamanı iriçaplı silahlardan istifadə olunduğu bildirilir. Ağır artileriyadan atəş açılmayıb. Cəbhə xəttində zenit-raket qurğularından istifadə faktı qeydə alınmayıb. İndiyə olan məlumata görə, atışma nəticəsində xəsarət alan olmayıb.
Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Hazırda bölgədə sakitlik hökm sürür.