AVROPA İTTİFAQI TÜRKİYƏYƏ QARŞI SANKSİYALAR ÜZƏRİNDƏ İŞLƏYİR –TƏHLİL

12-09-2020, 08:17   

Bernd Rigert
“Deutsche Welle” (www.dw.com), Brüssel, 10.09.2020
Avropa İttifaqı (Aİ), hazırda Türkiyənin təbii qaz axtarışlarını öz ərazi sularında məhdudlaşdırmağa məcbur etmək üçün bir sıra sanksiya variantları üzərində işləyir. Birlik üzvləri Yunanıstan və Kiprin təhdid altında olduqlarını əsas gətirərək -ni hərəkətə keçməyə məcbur etmiş və Aİ də Türkiyəyə qarşı sanksiyaların iyul ayının ortalarında atıla biləcəyi mesajını vermişdi. Aİ-nin sanksiyalarla hədələməsindən sonra böhran daha da artmışdı.
Bölgədə hərbi təlimlər keçirilirdi, müharibənin səbəbinin açıqlandığı qeyd olunurdu. Aİ-nin xarici işlər nazirləri də avqustun sonlarında sanksiyaların konkretləşdirilməsi üçün tədbirlər görmüşlər.
Lakin Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cosep Borrellin bəyanatı birmənalı deyildi. Borrell ötən həftə Aİ dövlət və hökumət başçılarının sentyabrın 24-də iştirak edəcəyi sammitdə qərarlar barədə danışarkən “sanksiyalar qəbul oluna bilər” demiş, qəti şəkildə fikir bildirməmişdi.

Yunanıstan və Kipr yunanları təzyiqləri artırır
Ai Şərqi Aralıq dənizi regionuna münasibətdə ehtiyatlıdır. Həqiqətən də, Aİ-nin nümayəndəsi Borrell Türkiyə ilə gərginliyin azaldılması ilə bağlı danışıqları davam etdirir. Bundan başqa, Aİ-nin fəaliyyətdə olan prezidenti Almaniya da Türkiyə, Yunanıstan və Kipr arasında problemin diplomatik həll yolunu tapmaq üçün vasitəçi kimi çıxış edir. Lakin Almaniyanın səylərindən indiyədək nəticə əldə etmək mümkün olmayıb. Yunanıstan və Kipr Aİ Şurasının işçi qruplarına qarşı Aİ Komissiyası və üzv ölkələrin nümayəndələrinin də daxil olduğu sanksiyalar variantlarına baxarkən prosesin uzadılmasının qarşısını almağa çalışırlar. Yunanıstan və Kipr tərəfinin Aİ-nin təmsilçisi Borrell üzərindən Türkiyəyə qarşı çıxardığı kart isə Belorusdur. Belə ki, Yunanıstan və Kiprin Aİ-nin Belarus üçün hazırladığı sanksiya planını yalnız Ankaraya sanksiyalar tətbiq etmək şərti ilə bəyənəcəyi haqqında məlumat verilir.
Aİ-nin sanksiya haqqında qərarı bütün üzvlərin razılığı ilə (konsensus yolu ilə – Strateq.az) qəbul edilə bilər. Yalnız bir ölkənin vetosu sanksiyaları dayandıra bilər.
Tədricən sanksiyalar
Türkiyəyə qarşı hansı sanksiyalar tətbiq oluna bilər, hələ ki, aydın deyil. Amma Borrell ötən həftə verdiyi bəyanatda deyib ki, “təbii qazın kəşfiyyatı ilə bağlı şirkətlər sanksiyalarla üzləşə bilərlər”. O, həmçinin sanksiya qərarlarının insanlar və şirkətlərə şamil oluna biləcəyini qeyd etmişdi. Bu da öz növbəsində, Şərqi Aralıq dənizində Türkiyə üçün qazma və kəşfiyyat tədbirləri həyata keçirən gəmilərə Aİ limanlarının bağlanması və ehtiyat hissələrinin tədarükünün dayandırılması deməkdir. Yaxud həmin şirkətlərlə işləyən banklar sanksiya siyahısına düşə bilərlər.
Borrell vurğulayıb ki, böhran artacağı təqdirdə sanksiyalar Türkiyədə digər iqtisadi fəaliyyətə təsir etmək üçün genişləndirilə bilər və bunun “Türkiyə ilə Aİ arasında intensiv ticarət əlaqələrinin mövcud olduğu sektorları əhatə edə biləcəyini” söyləyib. Bununla yanaşı, Aİ ilə Türkiyə arasında rüsumsuz mal mübadiləsini təmin edən Gömrük İttifaqının hədəf alına biləcəyi də vurğulanır. Güman edilir ki, Türkiyənin Gömrük İttifaqının genişləndirilməsinə olan tələbatı sanksiyalara da təsir edə bilər.
Digər bir sanksiya isə Türkiyə ilə Aİ-yə üzvlüklə bağlı danışıqların rəsmən dayandırılması ola bilər. Avstriya artıq bu təkliflə açıq şəkildə çıxış edir. Lakin Aİ-nin digər ölkələrində bu məsələ ilə bağlı hələlik dəqiq fikir yoxdur.
Sanksiyaların təsiri necə olacaq?

İstanbul İqtisadi və Xarici Siyasət Araşdırmaları Mərkəzinin (EDAM) İdarə Heyətinin sədri və Brüsseldəki “Carnegie Europe” Analitik Mərkəzinin tədqiqatçısı Sinan Ulgen hesab edir ki, Türkiyədə Aİ-nin böyük sanksiyalar tətbiq edə biləcəyi ehtimalı azdır. İki məsələyə dair suallarını cavablandıran Ülgen bildirib ki, “Aİ-nin sanksiya qərarını yekdilliklə qəbul etməli olduğunu nəzərə alsaq, bu sanksiyalar Türkiyəni öz münasibətlərini dəyişməyə məcbur etmək üçün məhdudlaşdırıla bilər”. Amma Ülgen ayrı-ayrı şəxslərə və müəssisələrə qarşı birbaşa sanksiyaların təsirli olmayacağını düşünür və bunu deyərkən daha ağır sanksiyaların dəstəkləmək istəmədiyini vurğulayır.
Almaniyanın iqtisadiyyat naziri Peter Altmayer bütövlükdə sanksiyalar əsasında münasibətlərin dəyişməsinə şübhə ilə yanaşır. Altmayer Almaniyanın ARD televiziyasında Rusiyaya tətbiq olunan sanksiyalardan danışıb. “İndiyə qədər heç bir ölkə belə sanksiyaların münasibətlərin dəyişməsinə gətirib çıxardığını görməyib, sanksiyalar əksinə, qarşı tərəfi daha sərt siyasət yürütməyə məcbur edib”, – Altmayer deyib.
Ancaq əks fikirdə olanlar da var. Almaniyanın Elm və Siyasət Fondunun Berlindəki eksperti Janis Klugenin sözlərinə görə, sanksiyalar uzunmüddətli perspektivdə siyasətin formalaşdırılması və mövqe qurulması baxımından təsirini sübut edən bir üsuldur.
Kök çubuq taktikası
Avropa Parlamentinin deputatı və Yaşıllar Partiyasının xarici siyasət eksperti Sergey Laqodinski də bildirib ki, “birbaşa sanksiyalar digər metodlarla müqayisədə daha səmərəli ola bilər”. Laqodinskinin fikrincə, məsələ “hərbi ritorikada sürət çubuğunun (“skorost”) aşağı salınması üçün Türkiyəyə mühüm mesaj verməkdən ibarətdir”.

Aİ-nin Xarici İşlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cosep Borrell avqustun sonlarında Aİ-nin xarici işlər nazirlərinin görüşündə bildirib ki, “Türkiyəyə yalnız çubuq deyil, həm də kök göstərməlidir”, yəni Türkiyə müsbət variantlar təklif etməlidir. Borrell nümunə kimi, Ankaranın təbii qazdakı gərginlikdən çəkiləcəyi təqdirdə, Gömrük İttifaqının genişlənə biləcəyini göstərib.
Brüsseldəki “Carnegi” Analitik Mərkəzinin tədqiqatçısı Sinan Ulgen bildirib ki, “Aİ hələ də hazırkı böhranda vasitəçilik edir, amma sanksiyalar tətbiq olunacağı təqdirdə, o, bu mövqeyini də itirəcək”. Ulgen Türkiyənin də bu addıma əks-sanksiyalara cavab verəcəyini təxmin edir.
Hər şeyə rəğmən, mübahisəli tərəflərin dialoq variantına üstünlük verməli olduğunu deyən Sergey Laqodinski də bu fikrə qatılır. “Biz hazırkı böhranı donduracaq Aralıq dənizində ədalətli təhlükəsizlik strukturunun qurulması üçün bütün imkanlardan istifadə etməmişik”, – deyə Laqodinski vurğulayıb ki, Aİ Türkiyə ilə birlikdə təbii qazdan başqa alternativ enerji axtarışı variantını nəzərdən keçirməlidir.
Tərcümə Strateq.az-ındır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.