Qapanlı-düşmənlə üz-üzə

3-08-2014, 12:33   
Qapanlı-düşmənlə üz-üzəQapanlıdan xəbər var -"Kənd sakinlərinin köçürülməsi xəbərləri yalandır"
Bəzi kütləvi informasiya vasitələrində cəbhə xəttinə yaxın yerləşən kəndələrimizdən, daha dəqiq Tərtərin Qapanlı kəndində sakinlərin köçürülməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, ötən gecə cəbhənin Tərtər və Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 20 dəqiqəyə yaxın atışma baş verib. Qapanlı sakinləri isə heç yerə köçürülməyiblər. Kəndin ermənilərlə daha yaxın olan hissəsində yaşayan insanlar da öz evlərindən köçürülməyiblər:
“Qapanlı kəndində sakinlərin köçürülməsi xəbərləri yalandır. Bu gecə Tərtərin Qapanlı, Ağadamın Təzəkənd, Mirəsirli, Çıraqlı kəndlərində olmuşuq. Heç bir köçürülmədən söhbət belə gedə bilməz. İnsanlar öz evlərindədirlər. Atışma gedən zaman onlar öz həyətlərindən atışmaya baxırdılar. Hazırda hər kəs öz işi ilə məğul olur”.
ANS PRESS-in cəbhəyanı kəndlərə könüllü yollanmış jurnalistlərdən aldığı məlumata görə, gecə ərzində Ermənistan ordusu cəbhənin Tərtər istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini müəyyən fasilələrlə atəşə tutub.
Erməni hərbçiləri həmçinin, işğal altında olan ərazilərimizdən üzbəüz mövqedə yerləşən rayonun Qapanlı kəndini iri və yüngül atıcı silahlardan atəşə tutub. Saat 03:00 radələrində pulemyotlardan açılan atəşlər artsa da, hazırda kənddə nisbi sakitlik olduğu bildirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirliblər ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 190 dəfə pozulub.
Mənbə
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.