İranın səhiyyə nazirinin müavini İrəc Hərirçi ölkədə COVID-19-a yoluxma və ölüm hallarının sürətlə artdığını açıqlayıb. Hərirçinin sözlərinə görə, Şərqi Azərbaycan, ‘Çaharmahal və Bəxtiyari’, ‘Kohgiluyə və Boyer-Əhməd’ və İsfahan vilayətləri “partlama vəziyyətinə” yaxınlaşıblar.Şərqi Azərbaycan vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Məhəmməd Hüseyn Somi isə vilayətin bütün şəhərlərində vəziyyətin təhlükəli olduğunu bildirib. Sominin sentyabrın 24-də mətbuata verdiyi məlumata əsasən, keçən 24 saat ərzində vilayətdə 400-dən artıq yoluxma və 17 ölüm halı qeydə alınıb.
Şərqi Azərbaycan vilayətinin valisi bir neçə gün öncə koronavirusla əlaqədar yeni məhdudiyyətlərin tətbiq edilməyə başladığını açıqlamışdı.Yeni tədbirlərəəsasən, “şagirdlərin məktəbə getməsi, əhalinin parklar və təbiət qoruqlarında toplaşması və hər hansı konfransın keçirilməsinə qadağa qoyulacaq. Sərgilərin təşkili ilə bağlı məhdudiyyətlər tətbiq ediləcək. Cənazə və dəfn mərasimləri, həmçinin evlərdə və məscidlərdə yas mərasimlərinin təşkili yasaqlanacaq. Restoranlar və kafelər qapadılacaq”
Vali müavini Əliyar Rastgu isə cümə axşamı dövlət televiziyasına açıqlamasında pandemiyanın başlamasından bəri vilayətdə 34 min 681 yoluxma və 1584 ölüm halının qeydə alındığını bildirib.AzPolitika.info