Ermənistanla bağlı şok faktlar

4-08-2014, 16:55   
Ermənistanla bağlı şok faktlarVüqar Bayramov: “Ermənistanda hər uşaq 2100 dollar borcla doğulur”
“Belə görünür ki, Ermənistan hakimiyyəti hələ bir müddət də Qarabağ kartından istifadə edərək əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır. Aydındır ki, sosial-iqtisadi problemlərin dərinləşməsi fonunda rəsmi İrəvan ölkə gündəliyini məhz savaş xəbərləri ilə zəbt edə bilir. Ermənistanın xarıcı borcu artıq 6 milyard dollara çatıb və ümumi daxili məhsulun (ÜDM) 56 faizi deməkdir”.
Bu barədə tanınmış iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.
O bildirib ki, 2013-cü ildə sözügedən ölkdə ÜDM-də artım 3,5 faiz olduğu halda xarici borc 5 faizdən çox artıb. Onun sözlərinə görə, Ermənistanın xarici borcunun 85,2 faizi dövlət borcudur ki, bu da düşmən dövlətinin xarici asıllığının daha da dərinləşməsinə gətirib çıxarır. Başqa tərəfdən, bu gün Ermənistanda dünyaya gələn hər bir uşaq 2100 dollara yaxın xarici borc ilə dünyaya gəlir:
“Ermənistan digər ciddi problemlərdən biri yoxsulluq həddidir. Ermənistanın Mərkəzi Bankının hesablamalarına görə, təqaüdçülərin 60 faizindən çoxu yoxsulluq həddində yaşayır. Rəsmi statistikada ölkə əhalisinin 23,4 faizi yoxsulluq həddində yaşadığı öz əksini tapsa da, BMT-nin İnkişaf Proqramının hesabatına əsasən bu göstərici 48 faizə bərabərdir. Hətta rəsmi statistika belə Ermənistanda hər 4 nəfərindən 1-nin yoxsul həddə yaşadığını göstərir. Digər tərəfdən, söhbət sadəcə Dünya Bankının qiymətləndirmələrinə əsasən gündəlik gəliri 2 dollardan az olan insanlardan gedir. Halbuki, BMT-nin son metodologiyası Ermənistan əhalisinin yarıdan çoxunun yoxsulluq həddində yaşadığından xəbər verir”.
Mütəxssis bildirir ki, Ermənistan Dövlət Statistika Komitəsi ölkədə işsizlik səviyyəsinin 15,9 faiz olduğunu etiraf edir. Ancaq Beynəlxalq hesabatlarda isə bu göstərivi 36 faizə yaxın göstərilir: “Həm rəsmi, həm də beynəlxalq hesabatlar sözügedən ölkədə işsizliyin əsas sosial problemlərdən olduğunu göstərir. İşsizlik problemi eyni zamanda Ermənistanda ölkəni tərk edənlərin sayındakı artımda özünü göstərir. Bu isə düşmən ölkədə demoqrafik vəziyyətin heç də yaxşı olmadığından xəbər verir”.
İqtisadçı ekspertin fikrincə, Ermənistan hakimiyyətinin yaratdığı vəziyyət bu ölkə üçün heç də ürəkaçan təsir bağışlamır: “Xarici borc asıllığı artır, yoxulluq dərinləşir, insanlar iş tapa bilmir. Belə olan halda isə, rəsmi İrəvan hakimiyyətinin ömrünü təmas xəttində atılan güllələr hesabına uzatmağa çalışır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.