Ermənistana məxsus iki “Su-25” hücum təyyarəsi dağa çırpılıb – Hikmət Hacıyev

30-09-2020, 15:38   


Azərbaycan tərəfdə olan məlumata görə, sentyabrın 29-da Ermənistan ərazisində iki “Su-25” təyyarəsi havaya qalxıb, hər iki təyyarə dağa dəyərək partlayıb. Bu barədə jurnalistlərə Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib.
Türkiyənin F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə bəyanatlar cəfəngiyyatdır və qəzanın real səbəbini gizlətmək məqsədi daşıyır, deyə Hacıyev qeyd edib.
“Bu da onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyi öz vətəndaşlarına, ictimaiyyətə düzgün məlumat vermir. Yaxşı olardı ki, Ermənistanın hərbi rəhbərliyi ikinci təyyarə və onun pilotu barədə də məlumat verərdi, nəinki başqa hansısa tərəfləri ittiham edərdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.