Beynəlxalq əlaqələr sahəsindəki İsrail eksperti Arye Qut Azərbaybaycanın son günlər ərzində qoşunların təmas xəttində 10-dan çox azərbaycanlı hərbçinin həlak olması ilə nəticələnən Ermənistan silahlı qüvvələrinin təxribatlarına mütləq güclü, sərt və proporsional zərbələr endirməli olduğunu vurğulayıb.
SalamNews-un verdiyi xəbərə görə, o deyib: “Ermənistanın münaqişənin həllində nümayiş etdirdiyi destruktiv mövqeyi Azərbaycanı digər sərt vasitələrə və pressinqə əl atmağa vadar edir. Azərbaycan diplomatiyasının danışıqlar prosesində hələ də iştirak etməsi hələ də qalmaqda olan son ümid qalıqlarının qalmasına şahidlik edir. Lakin ümidlərin tükənməsi hər zaman sonluğa malik olur. Təmas xəttində baş verən son hadisələr bir daha təqdiq edir ki, Azərbaycanın işğal olunmuş torpaqlarda yerləşən işğalçı Ermənistan qüvvələrinə endirəcəyi zərbə sərt və güclü olacaq. Düşünürəm ki, Ermənistan ciddi, hətta çox ciddi itkilər verib, lakin həmişə olduğu kimi ermənilər müvafiq məlumatı gizlədirlər.”
Ermənistanın törətdiyi təxribatların Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesinə təsiri məsələsinə toxunan Arye Qut müvafiq prosesin gözlər önündə tükəndiyini söyləyib.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həllində nəzərə çarpacaq irəliləyişləri bu yaxınlarda gözləmək əbəsdir: “Azərbaycan və Ermənistanın sülh anlaşmasının əsasını təşkil edəcək həll prinsiplərini yekun olaraq razılaşdıracaqlarına inanmaq çətindir.”