Ermənilərin öz əsgərlərinə qarşı tükürpədici vəhşiliyi: pulemyotçunu qaçmaması üçün ayağından zəncirləyiblər

3-10-2020, 18:15   


Qarabağda gedən döyüşlərin gedişində Ermənistan ordusunun öz əsgərlərinə qarşı tükürpədici vəhşiliyi üzə çıxıb. Virtualaz.org xəbər verir ki, Azərbaycan ordusunun döyüşçüləri düşmənin dayaq məntəqələrindən birini ələ keçirərkən orada dəhşətli kadrlarla qarşılablar. Məlum olub ki, düşmən pulemyotçusu mövqeyini tərk edib qaçmaması üçün ayağından betona zəncirlənib. Əsgərlərimiz gördükləri bu antiinsani mənzərədən şoka düşüblər.
Birinci Qarabağ müharibəsinin veteranları deyirlər ki, əsgərləri ayağından postlarda zəncirləmək düşmənin yeni istifadə etdiyi iyrənc taktika deyil. Hələ 90-cı illərin əvvəllərində gedən müharibədə də onlar belə taktikadan geniş istifadə ediblər. Hərbçilərimiz dəfələrlə erməni postlarını alarkən orada ayağından avtomatik dəzgahlı qumbaraatanlara, pulemyotlara zəncirlənmiş erməni əsgərlərinin meyitləri ilə qarşılaşıblar. 
Bu, bütün müharibə qanunlarının və bəşəri normaların pozulması olmaqla, qəddar hərbi cinayətdir, düşmənin əsl mahiyyətini bir daha açıb ortaya qoyur. Hansı ki, heç Hitler ordusunda da belə vəhşi taktikanın istifadə olunduğunu eşidən olmamışdı.
“Caliber” YouTube kanalı ayağından zəncirlənmiş düşmən pulemyotçusunun meyitinin görüntülərini təqdim edir:
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.