Sülh və Demorkatiya İnstitutunun həbsdə olan direktoru Leyla Yunusun həyat yoldaşı Arif Yunus İstintaq Təcridxanasında saxlanılan həyat yoldaşına sovqat arapan zaman saxlanılıb.
Vəkil Xalid Bağırovun Turana verdiyi məlumata görə, əvvəl Arif Yunusu Yasamal Polis idarəsinin 27-ci bölməsinə aparıblar. Daha sonra vəkilə məlumat verilib ki, o Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsinə, müstəntiq İbrahim Ləmbəranskinin yanına aparılıb.
Vəkil Arif Yunusun da həbs olunacağından narahatçılığı ifadə edib.