Yeni tədris ilindən dərslər iyunun 14-ə qədər davam edəcək.
Xalqinfo.az ANS TV-yə istinadən xəbər verir ki, uzun zamandır müzakirə mövzusu olan dərs ilinin uzadılması məsələsi ilə bağlı qərar verilib. Növbəti ildən tədris ilinin nə vaxt başlayıb və nə vaxt bitəcəyi məlum olub.
Sentyabrın 15-də başlayacaq dərs ili iyunun 14-ə qədər davam edəcək.
Artıq Təhsil Nazirliyi dərs ilinin uzadılması ilə bağlı, şagirdlərin tətil günləri, dərs bölgüsünün düzgün bölüşdürülməsini özündə əks etdirən konkret təkliflərin toplandığı planı hökumətə təqdim edib.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov bildirib ki, ümumtəhsil məktəblərində tədris həftələrinin sayı 32,8 olub. Bu, həftənin beş günü işləyən məktəblərdə 164 gün, altı gün işləyən məktəblərdə isə 197 gün deməkdir.