Erməni ilə 130 metr məsafədə yaşayan Quşçu Ayrım kəndinin sakinləri- VİDEO
5-08-2014, 20:13
Kənd sakinləri ermənilərə və yerli məmurlara qəzəblidirlər: “Acıq, susuzuq, kömək lazımdır!” Xəbər verdiyimiz kimi, son dörd-beş gündə Ermənistan və Azərbaycan Ordusunun silahlı qüvvələri arasında intensiv atışma olur. Müdafiə Nazirliyinin də yaydığı məlumatda qeyd olunduğu kimi, sərhəddə gedən döyüşlərdə şəhidlər vermişik. İstər mətbuatda, istərsə də sosial şəbəkələrdə qeyr-dəqiq məlumatlar yayılır. Buna səbəb odur ki, dövlət orqanları bir çox hadisəni gizləmək üçün əllərindən gələni edirlər. Vətəndaşlarımıza, oxucularımıza daha dəqiq məlumat çatdırmaq üçün intensiv atışma gedən bölgələrimizdən biri olan Qazax rayonunda olduq. Qazax rayonunun ən gərgin iki kəndindən biri olan Quşçu Ayrım kəndində yollandıq. Bu kəndlə bağlı öncəki saylarımızda oxucularımıza xəbər vermişdik. Bu dəfə isə həmin kənddən olan geniş video reportajı sizə təqdim edirik: