Moldovanın NOİ.MD informasiya portalı: "Azərbaycan:" Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə imkan yaradır"

14-10-2020, 10:49   


Moldovanın NOİ.MD informasiya portalında Azərbaycanın Moldovadakı səfirliyinin
açıqlaması yayımlanıb. Azərbaycan:" Cəzasız qalma yeni hərbi cinayətləri törətməyə
imkan yaradır; başlıqlı yazıda bildirilir ki, humanitar atəşkəsi pozan və bu atəşkəsin
arxasında gizlənən Ermənistan, Gəncənin əhalisinin sıx məskunlaşdığı yaşayış
hissəsini atəşə tutub.
“Ermənistan Azərbaycan mülki vətəndaşlarına hücum etmək üçün humanitar atəşkəsin
arxasında gizlənir”, - deyə Azərbaycan Respublikasının Moldova Respublikasındakı
Səfirliyinin bəyanatında bildirilir.
Bundan əlavə bəyanatda bildirilir ki, 10 oktyabr saat 12:00-da atəşkəsin qüvvəyə
minməsindən yarım saat sonra, 12:30-da Azərbaycan Müdafiə Nazirliyi Tərtər və
Ağdam bölgələrini düşmən tərəfindən atəşə tutulması ilə bağlı təcili məlumat verib.
Düşmənin silahlı qüvvələrinin birləşmələri cəbhənin müxtəlif istiqamətlərində hücuma
keçməyə cəhd ediblər. Bu, yalnız atəşkəsin deyil, həm də beynəlxalq hüququn norma
və prinsiplərinin, 1949-cu il Cenevrə Konvensiyasının və onun əlavə Protokollarının
birbaşa qəsdən pozulmasıdır"- bəyanatda deyilir.
Yazıda qeyd olunur ki, 11 oktyabr saat 02:00 radələrində, Ermənistan Respublikasının
Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncə
şəhərinin mərkəzində yerləşən yaşayış binasına raket zərbəsi nəticəsində 9 nəfər həlak
olmuş, 40-dan çox mülki şəxs, o cümlədən uşaqlar ağır yaralanmış, çox sayda mülki
obyektlərə xeyli ziyan deymişdir. Qocaların, uşaqların, qadınların yaralandığı qeyd
olunur.
Yazı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/azerbajdzhan-beznakazannosti-podtalkivaet-k-novym-voennym-
prestupleniyam
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.