15:10
Silahlı Qüvvələrimiz bir sıra mövqelər üzrə irəliləyiblər.
"Musavat.com"u bilgiləndirən qaynaq Silahlı Qüvvələrimizin 4 avqust gecəsində həyata keçirdiyi əməliyyatı obrazlı olaraq belə ifadə edib: “Qəfil hərəkət, sıfır itki, mövqe irəliləməsi..."
Bu qəbildən olan məlumatda daha böyük iddialar var; lakin onları dəqiqləşdirmək imkanına sahib deyilik. O səbəbdən də yayınlamırıq. Hazırda Müdafiə Nazirliyi xətti ilə sərhəd döyüş nöqtəsində olan Azərbaycan jurnalistləri də bu barədə hələlik heç bir konkret açıqlama vermirlər. Onlardan biri isə özünün Feysbuk səhifəsində bunları yazıb:
“Yovşan ətri, Qarabağ havası, torpağımla, bayrağımla, əsgərimlə bir arada... Qürur duydum! Hər şey əla olacaq!”
Xatırladaq ki, ötən gün də sosial şəbəkələrə istinadla bəzi xəbər saytları Ağdam-Füzuli istiqamətində xoş xəbərlər olduğu barədə təsdiqlənməmiş məlumat yaymışdılar.
15:40
Feysbuk sosial şəbəkəsində Qabil Abbasoğlunun paylaşdığı status çox ciddi şəkildə müzakirə olunur. Tanınmış jurnalist bu statusu paylaşıb: "Rəsmi, inzibati baxımdan Dağlıq Qarabağın ərazisindəyəm".